Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə274/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   270   271   272   273   274   275   276   277   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Əkinlərə qulluq.
Günəbaxanın müasir becərilmə texnologiyasında əl əməyi (cərgə aralarının 
becərilməsi) tamamilə kənarlaşdırılır. Əkinlərə qulluq işləri əsasən mexaniki yolla həyata keçirilir. 
Zəruri hallarda herbisidlərdən lent üsulu ilə səpinlə eyni vaxtda istifadə edilir. Günəbaxanın 
səpinindən sonra cücərtilər alınana qədər sahədə qaysaq əmələ gələrsə və alaq otlarının cücərtiləri 
varsa dərhal mala çəkilməlidir. Əgər səpindən sonra torpaq səthi həddən artıq quruyarsa çıxışların 
alınmasını gözləmədən torpaq səthi sıxlaşdırılmalıdır. Bunun üçün ZKK-6 markalı dişli kotandan 
istifadə olunur. Səpin cərgəvi üsulla aparılıbsa malalama cərgələrə perpendikulyar istiqamətdə 
həyata keçirilir. Əgər sahə alaqlı olarsa günəbaxanın 2 cüt yarpaq fazasına qədər malalamanı 
aparmaq mümkündür. Cərgəarası 70 sm olduqda birinci kultivasiya 50 sm enində, ikinci kultivasiya 
isə 45 sm enində aparılır. Becərmələr müvafiq olaraq 6-8 və 8-10 sm dərinliyində aparılır. 
Cərgə araları KRN-4,2 və KRN -5,6 kultivatorları ilə becərilir. Alaq otlarına qarşı prometrin 
yaxud treflan herbisidləri hektara 2-3 kq işlədilir. Herbisidlər OPŞ-15, POM-630 ştanqlı 
çiləyicilərlə çilənir. 
Baxmayaraq ki, günəbaxan quraqlığa davamlı bitkidir, ancaq becərərkən yüksək məhsul əldə 
etmək üçün torpaqda böyük nəmlik ehtiyatının olması zəruridir. 
Günəbaxanın suvarılan bölgələrdə becərilməsi üçün tarlada arat aparılır və vegetasiya 
suvarmaları həyata keçirilir. Arat payız şumundan sonra hektara 2000-3000 m
3
normada aparılır.
Torpaq-iqlim şəraitindən və günəbaxanın vegetasiya müddətindən asılı olaraq vegetasiya 
suvarmalarının miqdarı (sayı) müəyyənləşdirilir. Birinci suvarma 2-4 cüt yarpaq fazasında, ikinci 


247 
səbətcik əmələ gəldikdə, üçüncü çiçəkləmənin əvvəlində, dördüncü suvarma isə toxumların dənə 
dolduğu dövrdə hektara 800-1000 m
3
olmaqla aparılır. 
Günəbaxan çiçəkləyərkən mayalanmanın yaxşı getməsi və tumların boş olmaması üçün bir 
hektar sahəyə 2 bal arısı ailəsini gətirmək zəruridir. Bu halda məhsuldarlıq daha da yüksəlir.
Günəbaxan yalançı unlu şeh, fomoz, ağ, boz və kül rəngli çürümə, pas xəstəlikləri ilə 
sirayətlənir. Ağ çürümə bütün vegetasiya dövründə, səbətlər yetişən zaman isə daha intensiv (fəal) 
zədələyir. Boz çürümə cücərtilərin, gövdənin, çiçəklərin, xüsusən tez-tez səbətlərin zədələnməsinə 
səbəb olur. Kül rəngli çürümə budaqların kövrəkləşməsinə, ümumən bitkinin soluxmasına və tam 
qurumasına səbəb olur. Yalançı unlu şeh xəstəliyinə yarpaqlar, gövdə və səbətlər tutulur. Xəstəlik 
3-4 cüt yarpaq əmələ gəldikdə özünü göstərər ki, nəticədə bitkinin boyu dayanır və məhsuldarlıq 
aşağı düşür.
Günəbaxana zərərvericilər – məftil qurdları, çöl sisəkləri, çəmən kəpənəkləri, mənənələr, bitki 
taxtabitiləri, odlucalar və s. böyük ziyan vururlar. 
Günəbaxanı xəstəlik və zərərvericilərdən mühafizə etmək üçün toxumların dərmanlanması və
bitkilərin kimyəvi preparatlarla işlənməsi qaçılmazdır.
Sortlaşdırılmış və təmizlənilmiş günəbaxan toxumlarını səpinə 1,5-2,0 ay qalmış (ancaq 2 
həftədən az olmayaraq) kimyəvi maddələrlə işləyirlər. Boz çürüməyə qarşı bir ton toxuma 3 kq. 
80%-li TMTMD, yalançı unlu şeh xəstəliyinə qarşı bir ton toxuma 4 kq. 35%-li apron istifadə edilir.
Alaq otu 
kəhrə
günəbaxan bitkisinə daha güclü əziyyət verir. Kəhrənin cücərtisi günəbaxanın 
kökünə daxil olur (yerləşir), sormaqla, yalnız həmin bitkinin hesabına qidalanır. Kəhrə hetertrof 
qidalanma xüsusiyyətinə malikdir.
Günəbaxanın mühafizəsi üçün ümumi qaydalara – növbəli əkinin gözlənilməsinə, 
toxumçuluğun tələblərinin yerinə yetirilməsinə, toxumların dərmanlanmasına, təsərrüfatda
vegetasiya müddətinin uzunluğuna görə fərqlənən və 
kəhrəyə
qarşı davamlı 2-3 sort və hibridin 
becərilməsinə riayət olunmalıdır.

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   270   271   272   273   274   275   276   277   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin