251
bitkilərlə eyni müddətdə səpin keçirmək mümkündür. Səpin torpaqda temperatur 13+15
0
C olduqda
aparılır. Səpin 70 sm gencərgəli üsulla aparılır. (70 x 10-15 sm) sxemində hektara 30-80 kq toxum
işlənir. Toxum 6-8 sm dərinliyində basdırılır. Hektarda optimal bitki sıxlığı 100-120 mindir.
Əkinlərə qulluq.
Torpağı alaqlardan təmiz və yumşaq saxlamaq lazımdır. Suvarma
şəraitində yerfındığı vegetasiya müddətində hər 10-15 gündən bir suvarılmalıdır (6-8 suvarma). Bir
qayda olaraq 2-3 yarpaq, qönçələmə-çiçəkləmə fazalarının başlanğıcında və meyvə əmələ gəlməyə
başladıqdan sonra payıza qədər ayda 2 dəfə suvarılır. Suvarmadan sonra torpaq yumşaldılmalıdır.
Cərgə araları pambıq və ya qarğıdalı becərən kultivatorlarla becərilməlidir. 1-ci becərmə 10-12 sm,
2-ci 8-10 sm, 3-cü 6-8 sm dərinlikdə aparılır. Yerfındığı yetişdirmədə mühüm qulluq işlərindən biri
kolun üstünə torpaq tökülməsidir. Bunun üçün cərgələr kultivatorla yumşaldılır, bitkiləri əl ilə cərgə
aralarına doğru aralayır və kolun ortasına doğru 3-5 sm qalınlığında yumşaq və mütləq rütubətli
torpaq tökülür. Dibdoldurma o qədər də əhəmiyyət vermir. Torpaq tökülməsi məhsulu artırır və
sağlam paxlalar alınır.
Dostları ilə paylaş: