Dənli-paxlalı bitkilərin gübrələnməsi. Dənli-paxlalı bitkilər altına mineral gübrə norması
hesablanan zaman aşağıdakı amillərin nəzərə alınması zəruridir.
1. Yaxşı drenaj çəkilmiş torpaqlarda, mütəhərrik fosfor və mübadiləvi kaliumla kifayət qədər
təmin olunmuş (torpaqda 80-120 mq/kq), bitkinin bioloji tələbatına uyğun olan (dənli paxlalı
bitkilərin əksəriyyəti üçün pH
duz
6,0-6,5), mühit reaksiyası və nəmliklə münasib təmin olunma
zamanı bitki aktiv simbiotik aparat formalaşdırır. Torpağın təbii münbitliyi və havadan təsbit
olunan azotun hesabına noxud, adi lobya, yem paxlası və ensizyarpaq lüpin 1 hektardan 2 tona
qədər toxum məhsulu formalaşdıra bilər.
2. Fosfor-kalium qidasının optimallaşdırılması zamanı bu şəraitdə simbiozun aktivliyi güclənir
və sadalanan bitkilərin məhsuldarlığı hektardan 3 tona qədər yüksəlir.
3. Nəmlik çatışmayan zaman fosfor-kalium gübrəsinin verilməsi dənli-paxlalı bitkilərin
məhsuldarlığını artırmır, çünki bu halda hava azotunun təsbit olunması baş vermir.
4. Turş torpaqlarda, hətta nəmliklə normal təmin olunma zamanı paxlalıların əksəriyyəti
yumurcuqlar əmələ gətirmir, eləcə də fosfor-kalium gübrələri toxum məhsulunu yüksəltmir. Onun
səviyyəsi azotun çatışmazlığı ilə limitlənir. Ayrı-ayrı bitkilər altına mineral gübrə normalarının
müəyyən edilməsinin digər üsulları mövcuddur, lakin bütün hesablama üsulları torpaqdan istifadə
edilə bilən elementlərin miqdarı və qida elementlərinin məhsulla aparılmasına əsaslanır.
Gübrələrin verilmə müddəti və üsulları. Gübrələmə sisteminin işlənib hazırlanması zamanı
təkcə əsaslandırılmış normanın seçilməsi zəruri deyil, lakin müddəti, eləcə də növbəli əkində ayrı-
ayrı bitkilər altına üzvi və mineral gübrələrin verilməsi üsullarıdır. Verilmə müddətindən asılı
olaraq əsas (payız şumu), əlavə, səpin zamanı (cərgəvi, lentvari) və səpindən sonra (yemləmə)
gübrələrin verilməsi fərqlənir.
Əsas gübrə bitkiləri yalnız vegetasiya dövrü ərzində qida elementləri ilə təmin etmək üçün,
xüsusən intensiv boy atma və qida maddələrini sərf edərkən onun dərin payız şumu altına verilməsi
qabaqcadan təyin edilir. Üzvi gübrələr, eləcədə fosfor və kalium gübrələri tətbiq edilir. Əsas gübrə
ön kotancıqlı kotanın köməyi ilə torpağın dərin nəm qatına verilir, ondan ötrü ki, onu bitki
vegetasiya müddətində səmərəli istifadə etsin.
Nişanlanmış atomlar üsulu ilə aparılmış tədqiqatlar göstərir ki, şırımın dibinə verilmiş
superfosfatın tərkibindəki fosfor bitki tərəfindən 5 dəfə tam istifadə olunur, onlarda bu elementin
miqdarı dayaz basdırılmaya nisbətən 1,5 dəfə yüksəkdir. Bu onunla izah edilir ki, fosfor
birləşməsinin mütəhərrikliyi olduqca aşağıdır.
Həll oluna bilən fosfatlar torpaqla qarşılıqlı əlaqə zamanı UTK tərəfindən adsorbsiya olunur,
kimyəvi çökməyə məruz qalır və hətta yağışlı illərdə orta gillicəli torpaqlarda yay ərzində 1,0-1,5
sm-dən çox olmayaraq yerini dəyişir. Ona görə də 7-10 sm dərinliyində kultivasiya altına verilən
fosfor gübrələri bütün vegetasiya ərzində bu qatda qalır. Qatı (bərk) fosfor gübrəsi səthi olaraq
verilən zaman hətta nəmişli illərdə fosforun 85-95%-i dərinliyi 2 sm-ə qədər olan qatda (lay) qalır,
bu qatın tez quruması ucbatından orada bitkinin kökü yayılmır. Səthi verilmiş fosfor gübrəsi
praktiki olaraq bitki tərəfindən istifadə olunmur.
Maye fosfor gübrələrindən – ortofosfor turşusu və ammonium fosfat çox güclü mütəhərrikliyə
malikdirlər. Onların suvarma suyu ilə verilməsi zaman 30%-ə qədəri 10 sm-ə qədər dərinliyə
işləyir, lakin bu zaman onun 55%-ə qədəri 1-2 sm-lik üst qatda toplanır.
Fosfora nisbətən kalium torpaqda bir qədər daha mütəhərrikdir. Torpaqla əlaqədə olan zaman
onun böyük hissəsi uducu torpaq kompleksinə (UTK) qoşulur (birləşir) ancaq, sərbəst ionların bir
hissəsi kapillyarlarla və su axını ilə hərəkət edərək yerini dəyişir. Torpağın nəmliyi aşağı olan
zaman və yüksək temperaturda kaliumun mütəhərrikliyi birdən (kəskin surətdə) aşağı enir. Yay
ərzində normal nəmlikli torpağa səthi verilmiş halda kalium 4-6 sm hərəkət edə bilir, lakin quru
havada isə yuxarıda qalır. Mineral kalium gübrələri əsas gübrə kimi payız şumu altına verilməlidir,
bu halda bitki onları bütün vegetasiya müddətində istifadə edəcək.
Yonca, qılçıqsız tonqalotu, qurdotu kimi çoxillik otların əkinlərini 3-4 il müddətində və daha
artıq istifadə edirlər. Bu bitkilərin bütün dövrdə fosforlu gübrələrdən istifadə etmək üçün onu payız
şumu altına verirlər. Kaliumla orta dərəcədə təmin olunmuş torpaqlarda, kaliumlu gübrələrin
31
normaları yüksək olmadıqda, kaliumun bütün hissəsi fosforla birlikdə əsas şum altına verilir. Əgər
torpaq kaliumla kasıb olarsa, lakin yüksək məhsul planlaşdırılırsa, onda normanın 50-70% əsas
gübrə kimi, qalan hissəsi isə yemləmə şəklində verilir.