Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə282/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   278   279   280   281   282   283   284   285   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Becərilməsi. 
Gənəgərçəyi növbəli əkində 
payızlıq buğda, qarğıdalı və dənli-paxlalı 
bitkilərdən sonra yerləşdirmək olar. Gənəgərçək 
özü yazlıq taxıllar üçün yaxşı sələfdir. 
Gənəgərçək fuzarioz xəstəliyinə tutulduğu üçün 
öz tarlasına 8 ildən sonra qaytarılmalıdır.
Qida elementlərinə tələbkardır. Bir ton 
toxum yaratmaq üçün torpaqdan 72 kq azot, 17 
kq fosfor və 59 kq kalium elementi aparır. Ən 
yaxşı gübrə peyin hesab olunur. Hektara 20 ton 
peyin verdikdə məhsuldarlıq xeyli artır. Mineral 
gübrələrdən azot və fosfor faydalıdır. Hektara 60-
90 kq azot və 90 kq fosfor verdikdə məhsuldarlıq 
16-20% -ə qədər artır. 
Torpağın 
becərilməsi 
payızlıqlar 
yığıldıqdan sonra üzləmə və avqust ayında 27-30 
sm 
dərinliyində 
ön 
kotancıqlı 
kotanla 
şumlamaqdır. Erkən yazda 2-3 dəfə kultivasiya 
və malalama aparılır. 
Torpağın 10 sm-lik qatında 12 
0
C temperatur olduqda səpin başlanır. Səpin üçün iri toxumlu 
sortlardan istifadə olunur. Toxumun təmizliyi 98%-dən az olmamalıdır. Səpinqabağı toxumlar 
qranozanla (2 kq/ha) dərmanlanır. Gənəgərçək punktir səpin üsulu ilə SUPN-8, SPÇ-6MF aqreqatı 
ilə cərgəarası 70 sm olmaqla səpilir. İri toxumlu sortlardan hektara 20-25 kq, xırda toxumlulardan 
isə 10-12 kq sərf olunur. Toxumun basdırılma dərinliyi torpaq tipindən asılı olaraq 6-10 sm-dir. 
Bitki sıxlığı hektara 45-60 min ədəd olur. Səpinqabağı alaqlara qarşı treflan herbisidi kultivasiya ilə 
hektara 6-8 kq verilir. 
Çıxışlara qədər kəltənləri xırdalamaq üçün malalama aparılır. Alaqlar göründükdə cərgəarası 
becərmələr başlanır. İki yarpaq fazasında seyrəltmə aparılır. 
Qozaların yetişməsi eyni müddətdə olmur. Əvvəlcə mərkəzi qozalar sonra isə ətrafdakılar 
yetişir. Odur kr, qozaları partlamayan sortları desikasiya edərək (maqnezium xlor, 15 kq/ha + 100 
litr su) kökü üzərində qurudurlar. Desikasiyadan 2 gün sonra yarpaqlar quruyur. Lakin, qozaların 
tam quruması əlverişli şəraitdə 12-15 gün çəkir. Bu vaxt yığıma başlayırlar. 
Şəkil 35. Gənəgərçək: 
1,2 – bitki 
cücərti və çiçəkləmə fazasında; 3 – 
üzərində yarpaq və çiçək qrupu olan 
budaq; 4 – erkək çiçək; 5 – dişi çiçək; 6,7 – 
qan-qırmızı gənəgərçəyin meyvəsi və 
toxumu; 8,9 – İran gənəgərçəyinin meyvə 
və toxumu. 


253 
Məhsul birbaşa yaxud hissə – hissə yığılır. Qozaları partlamayanlar birbaşa KKC-6 markalı 
kombaynla yığılır. Toxumu saxlayarkən onun nəmliyini 6%-ə çatdırmaq lazımdır. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   278   279   280   281   282   283   284   285   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin