255
da qarğıdalı və günəbaxanın yaşıl kütləsinə nisbətən iki dəfə çoxdur. Yaxşı bal verən bitkidir.
Yazlıq raps soyuğa davamlı bitkidir. Toxumları 1-3
0
C temperaturda cücərməyə başlayır,
cücərtilər -3-5
0
C şaxtalara, yetkin bitkilər isə -8
0
C-yə qədər dözürlər. Torpağa az tələbkar, nəmlik
sevən bitkidir.
Dərmanlanmış yazlıq raps toxumları tez, erkən səpilən yazlıq taxıllarla eyni vaxtda səpilir.
Səpin norması hektara 2,5-4 milyon ədəd cücərmə qabiliyyətli toxumdur. Toxumun basdırılma
dərinliyi 3-4 sm-dir.
Alaq otlarını məhv etmək üçün çıxışın arxasınca 3-4 həqiqi yarpaq fazasında dişli malalarla
malalama aparılır. Gencərgəli əkinlərdə cərgə aralarına 2-3 dəfə kultivasiya çəkilir. Zərərverici və
xəstəliklərə qarşı mübarizə tədbirləri payızlıq rapsda olduğu kimidir.
Yazlıq rapsın yığımı payızlıq rapsda olduğu kimidir. Saxlanma zamanı təmizlənmiş və
qurudulmuş toxumların nəmliyi 10%-dən artıq olmamalıdır.
21.1.7. Xardal
Əhəmiyyəti, becərilməsi və məhsuldarlığı.
Xardal qiymətli yağlı bitkidir. Onun toxumundan
yaxşı ərzaq yağı almaq məqsədi ilə becərilir. Əsasən iki növü, ağ və göy (Sarept) xardal becərilir.
Yağı yüksək dad keyfiyyətinə malikdir. Ağ xardalın toxumlarında 25-35%, göy xardalda isə 35-
45% piyli yağ vardır. Xardal yağı çörək-bulka istehsalında, konserv, sabunbişirmədə, toxuculuq və
əczaçılıq sənayesində, marqarin hazırlanmasında, eləcə də texniki məqsədlər üçün istifadə olunur.
Ağ xardal yaxşı bal verən bitkidir, eyni zamanda ondan keyfiyyətli yaşıl gübrə və yaşıl yem kimi də
istifadə edilir.
Xardalın toxumlarında piyli yağdan əlavə ətriyyat sənayesində istifadə olunan efir yağı (0,5-
1,6%) vardır.
Yağın emalından sonra cecədən (jmıx) ərzaq xardalı və xardal yaxması (qorçiçnik) hazırlanır.
Ağ xardal qınların əmələ gəlməsinə qədər erkən yaşıl yem kimi də becərilir. Bir sentner yaşıl
kütləsində 12 yem vahidi var. O qarışıq əkinlərdə sürünən gövdəli noxud,
gülül və digər dənli-
paxlalı bitkilərlə becərildikdə dayaq bitkisi hesab olunur.
Xardal çox qədim bitkidir. Ona yabanı halda Orta Asiyada, Zaqafqaziyada və Çində təsadüf
olunur. Xardalı Kiçik Asiya, Misir, Hindistan, Çin, Rusiya, Qazaxıstan,
eləcə də Avropa ölkələrində
(Almaniya, Fransa, Hollandiya) becərilir.
Xardalın dən məhsuldarlığı hektardan 15-20 sentner, yaşıl kütlə məhsuldarlığı isə 200-250
sentnerə çatır.
Dostları ilə paylaş: