256
Göy xardalın istiliyə tələbatı yüksək deyil. Onun toxumları 2-3
0
C
temperaturda cücərməyə
başlayır. Cücərtiləri -4-5
0
C şaxtalara dözür. Quraqlığa davamlılığı ilə fərqlənir. Şabalıdı
və qara
torpaqlarda yaxşı yetişir. Ağır, tozlu və şoran torpaqlar xardal üçün yararsızdır. Vegetasiya müddəti
90-110 gündür.
Ağ xardal göy xardala nisbətən soyuğa davamlıdır. Toxumları 1-2
0
C temperaturda cücərir.
Cücərtilər -6
0
C şaxtalara uzun müddət dözür. Nisbətən nəmliyə tələbkardır. Göy xardala nisbətən
quraqlığa davamsızdır. Vegetasiya müddəti 60-90 gündür.
Ağ və göy xardal uzun gün
bitkiləridirlər. Şimala getdikcə vegetasiya müddəti qısalır.
Dostları ilə paylaş: