264
21.2.3. Zirə
Əhəmiyyəti, yayılması və məhsuldarlığı.
Zirənin meyvəsində 4-7%
tərkibində karvon və
limonen olan efir yağı vardır ki,
tibdə və ətriyyatda istifadə
olunur. Eləcədə zirənin meyvəsindən
14-16% piyli yağ alınır ki, bu da texniki məqsədlər üçün istifadə edilir.
Meyvəsi ədviyyat kimi,
müxtəlif duza qoymada və çörəkbişirmədə, likör və qənnadı sənayesində işlədilir. Zirə yaxşı bal
verən bitkidir.
Avropa və Asiyada onun 30 növü, Azərbaycan Respublikasında isə üç növü yayılmışdır.
Botaniki təsviri və bioloji xüsusiyyətləri.
Zirə -
Carum carvi L.
Çətirçiçəklilər -
Apiaceae
fəsiləsindən - ikiillik yaxud çoxillik bitki cinsidir. Həyatının birinci ili kifayət qədər güclü mil kök
sistemi və yarpaq rozetləri inkişaf edir. İkinci ili meyvə verir. Gövdəsi 50-70 sm hündürlüyündə
dikdayanan, budaqlanan və içərisi boşdur. Yarpaqları növbələnən iki və ya üçqat lələkvarı
bölümlüdür. Ağ və ya çəhrayı çiçəkləri çətirşəkilli çiçək qrupunda yerləşir.
Çiçək ləçəkləri uzun
saplaqlıdır. Meyvəsi ikitoxumludur. meyvəciyin
100 ədədinin kütləsi 2,3 - 2,5 qramdır.
Zirə istiliyə tələbkar deyil, lakin torpağa və nəmliyə kifayət qədər yüksək tələbat göstərir. Ona
görə də kifayət qədər nəmliyi olan münbit torpaqlarda yaxşı bitir. Zirə işıq sevən bitkidir.
Dostları ilə paylaş: