5
Dünyada dənli taxıl bitkiləri ilə yanaşı digər bitkilərdən pambıq, kartof, şəkər qamışı, raps,
araxis, yağlı kətan, günəbaxan, küncüt, soya və s. əhəmiyyətli dərəcədə becərilir.
Tarla bitkilərinin 80-dən artıq növü köhnə, 100 növü isə yeni
dünya ölkələrində meydana
gəlmişdir.
Avropa və Asiyadan Amerika qitəsinə buğda, çovdar, arpa, vələmir, çəltik, göy noxud, soya,
xaş-xaş, yonca, Amerikadan Avropa, Asiya və Afrika ölkələrinə isə kartof, günəbaxan, pambıq,
tütün, lobya, qarğıdalı, araxis, qabaq gətirilmişdir.
Çəltik, çumiza, nut, soya, kəndir, kənaf ən çox Çində və Hindistanda, qarpız, sorqo Sudanotu,
küncüt,
gənəgərçək Afrika ölkələrində, şəkər çuğunduru, ağ xardal, üçuarpaq, taxıl otu, gülül
Avropa ölkələrində meydana gəlmişdir.
Hal-hazırda dünya əkinçiliyində buğda 240, çəltik 150, qarğıdalı 130, darı və sorqo 120, arpa
100, vələmir 30, çovdar 18, qarabaşaq 4, kartof 20-24, günəbaxan 15-16, şəkər çuğunduru 14-17,
milyon hektar sahədə becərilir.
Bitkiçilik elminin predmeti
– tarla bitkiləridir.
Bu elm mədəni şəkildə becərilən tarla
bitkilərinin əhəmiyyətini, coğrafi yayılmasını, məhsuldarlığını və onun keyfiyyətinin idarə
olunmasını, bitkilərin morfoloji quruluşunu və bioloji xüsusiyyətlərini, becərmə texnologiyasını
və məhsulun yığılmasını öyrənir.
Tarlaçılıqda məhsul istehsalının həcmi bitkilərin becərilmə texnologiyasını təkmilləşdirməklə
daha məhsuldar sortların becərilməsinə keçməklə bitkilərin əlverişsiz həyat şəraitinə qarşı daha
səmərəli mübarizə tədbirləri işləyib həyata keçirməklə artırılır. Elmi-texniki tərəqqinin son
nailiyyətlərindən istifadə edilməsinə və s. bitkilərin məhsuldarlığı xeyli yüksəldilmişdir. Son
dövrlərdə yaşayan əhalinin hər nəfərinə 0,55 hektar əkin sahəsi düşürdü. Ona görə də intensiv
əkinçilik
sisteminə keçməklə, becərilən bitkilərin məhsuldarlığı xeyli yüksəldilməlidir. Taxıl
istehsalı sahəsində qoyulan vəzifələrin öhdəsindən gəlmək üçün ixtisaslaşdırılmış taxılçılıq
təsərrüfatları (fermer birlikləri) yaradılmalıdır. Bərk və qüvvəli buğdalar, çəltik, arpa, vələmir,
qarğıdalı, soya, noxud və s. bitkilər üzrə dən istehsalının həcmi, məhsuldarlığın yüksəldilməsi
hesabına artırılacaq. Taxılçılığın inkişafı əhalinin heyvandarlıq məhsullarına olan tələbatının da
daha yaxşı ödənilməsinə səbəb olur.
Bitkiçilik məhsullarının
tədarükü, saxlanması, daşınması, emalı, yüksək keyfiyyətlə
istehlakçıya çatdırılması sahəsində də xeyli işlər görüləcəkdir.
Bitkiçiliyin
Dostları ilə paylaş: