Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Labiatae fəsiləsindən Mentha piperita L



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə300/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   296   297   298   299   300   301   302   303   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Labiatae
fəsiləsindən
Mentha piperita L.
çoxillik kökümsov gövdəli bitki cinsidir.
Kökləri (kökümsov gövdə) torpağın 5-6 sm dərinliyində sərilmiş formada (uzanıqlı) yerləşir. 
Gövdəsinin hündürlüyü 50-100 sm, budaqları dikdayanan, şaxələnən, üzəri çoxyarpaqlı otdur. 
Yarpaqları qarşı-qarşıya xırda oval-lanset formalı. Kənarı mişar kimidir. Yarpağın alt tərəfində efir 
yağı əmələ gətirən uzununa çoxsaylı vəzili damarlar yerləşir. Çəhrayımtıl bənövşəyi çiçək qrupu 
çəhrayımtıl rəngli zoğların ucunda topa salxımda toplanmışdır. Çiçəkləri çoxdur, demək olar ki
toxum əmələ gətirmir. Nanə kökümsov gövdələri ilə çoxaldılır. 


265 
Nanə istiliyə az tələbkardır. Üstünü örtmədən nazik qar örtüyü altında yaxşı qışlayır. 
Torpaqda temperatur 2-3 
0
C olduqda nanənin kökümsov gövdələrində tumurcuqlar oyanmağa 
başlayır. Cavan budaqlar -6 
0
C şaxtalara dözürlər. Nəmlik sevən bitkidir. Tarla rütubət tutumu 80% 
olduqda yerüstü kütlə daha intensiv inkişaf edir. Kifayət qədər işığa həssas bitkidir. Kölgəliklər 
bitkinin yarpaqlarında efir yağının miqdarının azalmasına səbəb olur. Düzən münbit qara torpaqlar 
və qurudulmuş torflu torpaqlar nanə üçün daha yaxşı hesab olunur.
Becərilmə texnologiyası.
Növbəli əkində nanədən daha yüksək məhsul əldə etmək üçün. 
gübrə verilmiş və başdan-başa becərilən bitkilərdən, payızlıqlardan sonra gübrələnmiş herik və 
yoncanın birinci ilindən sonra yerləşdirmək məsləhətdir.
Nanə üzvi və mineral gübrələrin verilməsinə yaxşı reaksiya göstərir. Onun altına hər hektara 
15-20 ton peyin və N
90
P
60
K
90 
mineral gübrə verilir. Peyin və mineral gübrənin bir hissəsi payızda 
əsas şum altına, qalan mineral gübrəni isə kultivasiyadan əvvəl və kökümsov gövdə əkildikdən 
sonra yemləmə şəklində verilir. 
Kökümsov gövdə erkən yazda yazlıq bitkilərlə eyni vaxtda köçürülür. Kökümsov gövdələri 
cərgəarası 70 sm olmaqla köçürdükdə yaxşı nəticə verir. Kökümsov gövdənin norması hektara 0,8-
1,0 tondur. Basdırılma dərinliyi yazda 6-8 sm, payızda 10-12 sm-dir. Əkin materialı kimi cavan 
budaqları olan kökümsov gövdədən istifadə edilir. Əkin materialı aprel ayında köçürülür. Hektarda 
bitki sıxlığı 130 mindən az olmamalıdır.
Əkin materialı köçürüldükdən 30 gün sonra çıxışların tam görünməsi qeydə alınır. Çıxışlar 
alınana qədər nanə əkinləri cərgələrin köndələninə yüngül mala ilə malalanır. Vegetasiya 
müddətində isə 2-3 dəfə cərgə aralarının becərilməsi aparılır. 
Yarpaq məhsulunu nanə həyatının birinci, ikinci və üçüncü illərində verir. Adətən nanənin 
həyatının ikinci ili daha məhsuldar olur. Yarpaqlar yığıldıqdan sonra mineral gübrə verilərək sahə 
malalanır.
Nanənin yığımına texniki yetişkənlik fazasında başlanılır. Birinci ili becərilən nanənin texniki 
yetişkənliyi bitkilərin 50%-i çiçəklədikdə (iyul), ikinci və üçüncü ildə tam qönçələmə dövründə 
(iyunun sonu) başlanılır.
Nanəni paxlalı bitkilər, taxıl biçən və ot çalan maşınlarla biçirlər. 
Biçilmiş kütlə 1-2 gün müddətində tarlada qalır, soluxandan sonra nəqliyyata yüklənir və emal 
üçün zavoda göndərilir.
Nanə suvarmaya yaxşı reaksiya göstərir. Yaxşı suvarılan şəraitdə ondan ildə iki dəfə efiryağlı 
xammal üçün məhsul alınır. Suvarılan nanənin hər hektarında 60-90 kq efir yağı toplanır. 
Suvarılmayan sahələrdə isə hektardan 20-30 kq-a qədər toplamaq mümkündür. Torpaqda rütubət 
tutumu ən azı 70-75% olduqda nanə əkinləri yağışyağdırma üsulu ilə suvarılmağa başlanır. 
Nanənin kökümsov gövdəsini yerüstü ləklərdə saxlayırlar. Ləklərin üzəri 10-15 sm 
qalınlığında torpaqla örtülür. Möhkəm soyuqlar düşdükdə torpaq qatı 15-20 sm-ə çatdırılır. 
Kökümsov gövdələri ləklərdə saxlamaq üçün daha yaxşı temperatur 0 
0
-dən -4 
0
-yə qədərdir. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   296   297   298   299   300   301   302   303   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin