Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Yoncanın xəstəlik və zərərvericiləri



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə315/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   311   312   313   314   315   316   317   318   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

 
Yoncanın xəstəlik və zərərvericiləri. 
Yoncanın bir çox spesifik xəstəlik və zərərvericiləri 
vardır: 
Yoncada – unlu şeh, qonur ləkə, sarı ləkə, askoxitoz, pas və soluxma 
«vilt»
xəstəlikləri 
mövcuddur.
Mübarizə tədbiri: 
növbəli əkin, kalium və fosfor gübrələri ilə yemləmə aparılması, kükürdlə 
tozlama, yaxşı aqrotexniki fon. 
Zərərvericilərdən - yonca birəsi, fitonomuş, yonca yarpaqbükəni, yonca taxtabitisi, yonca 
toxumyeyəni, noxud mənənəsi, yonca sovkası.
Mübarizə tədbiri:
hektara 2-3 kq dendrobasillin, entobakterin çilənməsi.
Yonca əkininə düzgün və vaxtında qulluq edilməsinin yüksək quru ot məhsulu alınmasında böyük 
əhəmiyyəti vardır.
Payız səpinindən sonra yonca şaxtalar düşənə qədər 2 dəfə suvarılmalıdır. Cücərtilərin 
çıxmasına 1-2 gün qalmış əmələ gələn qaysağı dağıtmaqdan ötrü yüngül malalar və rotasiya toxaları 
tətbiq edilir. Bundan başqa erkən yazda hektara 1-2 sent. superfosfat və 0,5-1 sent. kalium duzu ilə 
yemləndirilməsi bitkilərin şaxtaya davamlılığını artırır. Yonca sahəsində növbəti suvarma mart 
ayında aparılır. Bununla da yoncanın birinci biçinədək suvarılmasına ehtiyac qalmır.
Yonca yaz səpinindən sonra 2 dəfə suvarıldıqda birinci biçininin optimal vaxtda aparılması 
təmin edilir.
Yoncanın ən intensiv su sərfi birinci çalımdan sonra, hər çalım müddəti daxilində isə 
yoncanın intensiv böyüməsi dövründə, yəni qönçə bağlamadan çiçəkləmənin əvvəlinə qədər olan 
dövrdə müşahidə olunur. Buna müvafiq olaraq həmin dövrdə yoncaya tez-tez su verilməlidir.
Ümumiyyətlə, yonca sahələri hər biçindən sonra 2 dəfə suvarıldıqda 4-5 dəfə biçin aparılması 
mümkün olur. Hər biçindən 5-6 gün əvvəl suvarma aparılır. Biçindən sonra tarladakı quru ot 
çıxarıldıqdan sonra iki iz malalama aparılır. Yoncanın suvarmalarının arası 15-25 gün intervalında 
tərəddüd edir.
Yonca sahələrinin biçinlər arası vaxtlı-vaxtında suvarılması və suvarma qabağı yemləmə 
gübrələrindən (superfosfat) istifadə edilməsi bol məhsul istehsal etməklə yanaşı bitkilərin fizioloji 
inkişafını təmin edir.

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   311   312   313   314   315   316   317   318   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin