Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Azərbaycanda rayonlaşdırılmış sortları



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə320/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   316   317   318   319   320   321   322   323   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Azərbaycanda rayonlaşdırılmış sortları:
Yerli Naxçıvan, AzNİXİ – 18, AzNİXİ 
 
– 74, 
AzNİİKLİP – 495. 
Növbəli əkində yeri. 
Xaşa tarla, yem və torpaqqoruyucu növbəli əkinlərdə becərilir. Buna 
görə də onun sələfi müxtəlif bitkilər ola bilər. Payızlıq buğda, qarğıdalı və yemlik kökümeyvəlilər 
yaxşı sələf hesab edilir. 
Torpağın becərilməsi. 
Sələf bitkisi yığıldıqdan sonra 5-7 sm dərinliyində üzləmə aparılır. 
Köküpöhrəli alaqlarla zibillənmiş sahələrdə 10-12 sm dərinliyində gavahınlı üzləyicilərlə üzləmə 
aparılır. Əgər köküpöhrəli alaqlar əhəmiyyətli dərəcədə çoxdursa üzləmə 2-3 həftədən sonra təkrar 
olunur, sonra isə 20-25 sm dərinliyində şum qaldırılır. Payız şumundan sonra tarlaya kultivasiya və 
mala çəkilir. 
Gübrələmə
. Xaşa əkinlərində əsasən cərgələrə dənəvər superfosfatın verilməsidir. Cərgələrə 
50 kq superfosfat verilməsi xaşanın quru ot məhsulunu hektardan 3,6 sentnerə qədər artırır (toxumu 
0,8 sen.) 
Səpindən əvvəl toxumların rizotorfinlə (nitraginlə) işlənilməsi zəruridir. Bu quru ot 
məhsuldarlığını 5-6 sentnerə qədər artırır. Ən yaxşı nəticə toxumların rizotorfindən əlavə 
molibdenlə işlənilməsidir. Toxumların rizotorfin və ammonium-molibdenatla (hektara 200 qram 
ammonium molibdenat) birlikdə işlənilməsi ot məhsuldarlığını hektardan 8 sentner artırır. 
Səpin 
norması təmiz halda hektara 90-100 kq (4-5 mln. ədəd cücərmə qabiliyyətli toxum), 
toxumun basdırılma dərinliyi 3-4 sm-dir. Səpin günü toxumlar kölgədə rizotorfin və ammonium-
molibdenatla işlənilməlidir.
Əkinlərə qulluq. 
Sələf bitkisi, yəni dənli taxıl bitkisi 15-20 sm hündürlüyündə biçilir. Belə 
hündürlükdə olan kövşənlər cavan xaşa cücərtilərini günəş şüasının yandırmasından qoruyur, qışda 
isə qar toplanmasına şərait yaradır. Növbəti ilin yazında 2 iz malalama aparılır ki, bu da kövşənlərin 
çıxarılması və torpağın üst qatının yumşaldılmasına şərait yaradır. Ot üçün biçildikdən sonra tarla 
mütləq ağır malalarla malalanır.
Zərərverici və xəstəliklərlə də mübarizə aparmaq zəruridir.

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   316   317   318   319   320   321   322   323   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin