Xaşanın toxum məqsədi ilə becərilmə xüsusiyyətləri. Kifayət qədər nəmlik olan bölgələrdə
toxum məqsədilə adi səpilmiş sahələr seçilir. Xaşa adi cərgəvi yaxud gencərgəli üsulla cərgə araları
45-70 sm olmaqla səpilir. Bu halda adi səpinə nisbətən bir qayda olaraq səpin norması 2-3 dəfə az
götürülür.
Adi cərgəvi səpinlərdə toxumluq sahəyə olunan qulluq işləri ot məqsədi ilə becəriləndə
olduğu kimidir, lakin gencərgəli əkinlərdə 2-3 dəfə cərgəarası becərmələr aparılır. Toxumluq
sahələrə arı ailəsinin aparılması toxumun məhsuldarlığını hektardan 1-2 sentnerə qədər artırır.
Bir qayda olaraq xaşanın toxumu hissə-hissə yığılır. Paxlalar 40-50% qonurlaşdıqda biçin
aparılır və biçilmiş kütlə quruduqdan sonra kombaynda döyülür. Yığımı kombaynla birbaşa
aparmaq üçün paxlaların qonurlaşması 70%-dən az olmamalı və yığım 2-3 günə başa
çatdırılmalıdır.
22.1.4. Çəmən üçyarpağı Əhəmiyyəti. Üçyarpaq –
Trifolium L. cinsi botaniki cəhətcə paxlalılar ailəsinin ən zəngin
bitkilərindəndir. Hazırkı təsnifata görə 300-ə qədər növü müəyyən edilmişdir. Lakin mədəni
formaya 20 növü salınmışdır ki, onlardan da altı növü becərilir. Bu növlərin üçü çoxillik, üçü isə
birillikdir. Lakin praktiki əhəmiyyət kəsb edən çoxlu qiymətli növlər də mövcuddur.
Çoxillik növlərdən yem məqsədi üçün daha
çox becəriləni çəmən üçyarpağı, sürünən üçyarpaq
və hibrid (çəhrayı) üçyarpağıdır. Bunlardan çəmən
üçyarpağı daha çox yayılmışdır. Quru ot və senaj
hazırlamaq üçün ondan tez-tez istifadə olunur.
Yaxşı hazırlanmış üçyarpağın quru otunun hər kq-
da 0,55 yem vahidi və 70 qr. xam zülal vardır.
Quru ot ehtiyatı görərkən, xüsusən təbii qurutma
zamanı yarpaqların bir hissəsi qırılır və itirilir,
yemlik dəyəri isə aşağı enir. Senaj hazırlayarkən
yarpaqlar tam saxlanılır və qida maddələrinin
itkisi minimum həddə olur.
Vegetativ kütlənin potensial məhsuldarlığı
kifayət qədər yüksəkdir. Mineral qidalanma və
nəmlik rejimi kifayət qədər optimallaşdırılsa
vegetasiya müddətində üçyarpaq hər hektardan
12 ton yerüstü kütlədə quru maddə formalaşdırar.
Təbii münbitlik şəraitində üçyarpaq hektardan 2-3
ton quru ot məhsulu yığılmasını təmin edir.