Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə323/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   319   320   321   322   323   324   325   326   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Botaniki təsviri.
Üçyarpaq 
(Trifolium 
pratense L.)
iki tip sorta ayrılır: tezyetişən, yaxud 
ikiçalımlı (
var. praccox
), və gecyetişən, yaxud 
birçalımlı (
var. serotinum
). İkiçalımlı üçyarpaq 
cənub və cənubi-qərb, gecyetişən birçalımlı 
üçyarpaq isə şimal və şimali-şərq ərazilərdə 
becərilir. Cənub tipli üçyarpaq alçaq boylu, 
yüksək yarpaqlanmaq və şimal üçyarpağına nisbətən qışadavamlılığı aşağı olması ilə xarakterizə 
olunur. Morfoloji əlamətlərinə görə ikiçalımlı üçyarpaq birçalımlılardan onunla fərqlənir ki, onlarda 
buğumarası 5-7, birçalımlılarda isə buğumaralarının sayı 7-9 və daha çox olur. 
Şəkil 42.Cəhrayı üçyarpaq:
1,2 – 
bitki cücərti və çiçəkləmə fazasında; 3 
– üzərində yarpaq və çiçək qrupu olan 
budaq; 4 – çiçək; 5,6 – meyvə və 
toxum. 


281 
Üçyarpaq mil və güclü inkişaf etmiş saçaqlı kök sistemi əmələ gətirir. Kökü torpağın 2,0-2,5 
m dərinliyinə, ətrafa isə mil kökdən 50-60 sm kənara yayılır. Kökün çox hissəsi əsasən əkin qatında 
(20-25 sm) yerləşir. Kök yumruları (içərisində fır bakteriyaları yerləşir) əvvəlcə mil kökdə, sonra 
isə yan köklərdə (əmələ gəlir) inkişaf edirlər. Fırların əmələ gəlməsi birinci üçlü yarpaqla eyni 
vaxta təsadüf edir və çiçəkləmə fazasının başlanğıcında maksimuma çatır. Tezyetişən sortlara 
nisbətən, gecyetişən sortlarda inkişaf etmiş simbiotik aparat daha güclü formalaşır. 
Çıxışlar alındıqdan iki ay sonra mərkəzi kökün kök boğazcığı torpağın 3-4 sm dərinliyinə 
çəkilir. Kök boğazcığının torpağa belə batması tumurcuqların heyvanlar tərəfindən yeyilməsini və 
qış dövründə donmadan mühafizə edir. 
Üçyarpağın gövdəsi dəyirmi, içərisi boş, sıx ağtəhər tükcüklərlə örtülüdür. Nəmlik artıq 
olduqda gövdələr yatırlar. 
Yarpaqları mürəkkəb, üçlüdür: aşağı yarpaqlar uzun saplaqlı, yuxarıdakılar isə nisbətən 
qısadır. Yarpaq ayası yumurtavarı, uzuntəhər-yumurtavarı və ellips formalıdır. Yarpaq ayasının 
üzərində xarakterik üçbucaq şəkilli ləkə var. Tezyetişən cənub üçyarpağında yarpaq kütləsi yerüstü 
kütlənin təxminən 42-44%-nə, gecyetişəndə isə 40%-ə qədərinə bərabərdir.
Hamaşçiçək - orta hesabla 100 çiçəkli möhkəm sıx başcıqdan ibarətdir. Çiçəkləmə dövründə 
kifayət qədər tozlayıcılar və əlverişli şərait olduqda çiçəklərin 50-yə qədəri mayalanır və toxum 
verir. Çiçək kasacıqdan, tacdan, sütuncuqlu yumurtalıqlardan və erkəkcikdən ibarətdir. Tacı 
boruşəkilli al-qırmızı rənglidir. Erkəkcik ondur, onlardan doqquzunun saplağı yarısına qədər bir-
birinə bitişir, biri əsasından sərbəst qalır. Yuxarı tacı biryuvalıdır. 
Meyvəsi birtoxumlu, nadir hallarda iki toxumlu paxladır. Toxumu yumurtavarı, rüşeym 
kökcüyü qabarıq, yastılaşmış, sarımtıl, qonuru yaxud bənövşəyi rənglidir. Toxumun 100 ədədinin 
kütləsi 1,6-1,8 qramdır. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   319   320   321   322   323   324   325   326   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin