Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə326/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   322   323   324   325   326   327   328   329   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Toxum məqsədi ilə
cərgəvi üsulda yem üçün, yaxud xüsusi gencərgəli əkilmiş üçyarpaqdan 
istifadə etmək olar. Həm birinci, həm də ikinci il istifadə olunan cərgəvi səpinlər toxum almaq 
məqsədi üçün yararlıdır. Əsas səbəb bitki sıxlığıdır. Birinci ili istifadəsində üçyarpaq əkinləri 
sıxlaşmış, 1 m
2
-də 120-200 bitki olmaqla, bitkilərdə daha kiçik başcıq formalaşır, çiçəklər daha pis 
tozlanır, toxum məhsuldarlığı aşağı olur. Ona görə də bununla çoxlu miqdarda yüksək keyfiyyətli 
yem itirilir. Bir qayda olaraq istifadəsinin ikinci ili əkinlər seyrəlir və toxum almaq üçün yararlı 
olur. Hər m
2
- də 60-80 bitki sıxlığı olmalıdır. Bu halda bitkidə 4-7 gövdə formalaşır, hər gövdədə 
orta hesabla üç başcıq əmələ gəlir ki, onların da hər birində 50-ə qədər toxum yetişir. Belə 
səpinlərin hər hektarından 850-950 kq toxum məhsulu götürmək mümkündür.
Məhsuldarlığın səviyyəsi çiçəkləmə dövründə torpağın münbitliyindən, tozlandırıcıların və 
meteoroloji şəraitin olmasından asılıdır. Əlverişli illərdə orta hesabla hər hektardan 330-350 kq, 
əlverişsiz illərdə isə 90-160 kq toxum məhsulu alınır. Çəmən üçyarpağının potensial toxum 
məhsuldarlığı çox yüksəkdir hektardan 1200-1600 kq-dır, hibrid (500-600 kq/ha) və sürünən 
üçyarpaqda isə (400-500 kq/ha) əhəmiyyətli dərəcədə aşağıdır. 
Üçyarpağın gencərgəli əkinləri böyük toxum məhsuldarlığına malikdir. Bu halda bitkilər yaxşı 
işıqlanır, boy atmır, 7-8 gövdə və hər budaqda çoxlu başcıq əmələ gəlir, başcıqlar tozlayıcılar üçün 
nisbətən əlçatan olur və həşəratlar yaxşı baş çəkirlər, mayalanma və toxum məhsuldarlığı yüksək 
olur. Səpin ili və növbəti ilin yazında belə sahələrdə alaq otlarına qarşı mübarizə məqsədi ilə 
cərgəarası becərmələr aparılır.
Adi cərgəvi əkinlərdə gec yetişən üçyarpağın toxumları yalnız birinci biçində yığılır. Ənənəvi 
tezyetişən üçyarpaq becərən rayonlarda necə ki, birinci, eləcə də ikinci biçindən toxum almaq 
mümkündür. Nisbətən yüksək toxum məhsulu ikinci biçində olur, belə ki, üçyarpağın çiçəkləməsi 
bu dövrdə tozlayıcı həşəratların kütləvi uçuşu ilə üst-üstə düşür. Əlavə olaraq toxumlayan bitkilər 
tez-tez yatır, başcıqlar ardı kəsilmədən daha çox çiçəkləyir və toxumlar yetişir, budaqlar 
gövdə 
uzunburunu
, başcıqlar 
üçyarpaq toxumyeyənləri
ilə az zədələnirlər. Toxumlar ikinci biçində daha 
təmiz alınır, belə ki, alaqlar artıq birinci biçində təmizlənir. Əgər toxum ikinci biçindən əldə 
edilirsə, birinci biçini qönçələmə fazasından gec olmayaraq başa çatdırmaq lazımdır. Biçinin 7-19 
gün gecikdirilməsi toxumun yetişməsi 3-4 həftə gecikir və onun məhsuldarlığı əhəmiyyətli dərəcədə 
aşağı düşür. 
Hər il üçyarpaqdan toxum almaq üçün daha etibarlı üsul bir təsərrüfatda tezyetişən, orta 
müddətdə və gecyetişən sortların becərilməsidir. Bu ona görədir ki, onlar müxtəlif vaxtlarda 
çiçəkləyirlər.
Üçyarpağın əksər növləri entomofil bitkilərdir. Onların toxum məhsulunun aşağı olmasının 
əsas səbəbi çiçəkləmə dövründə tozlayan həşəratların çatışmamasıdır. Üçyarpağın ən yaxşı 
tozlayıcısı arılardır. Torpaqların kütləvi şumlanması və pestisidlərin tətbiq olunması tozlayıcı çöl 
həşəratlarını kəskin azaldır. Üçyarpağın tozlayıcıları qismində bal arısı ailələrindən istifadə etmək 


284 
olar. Bunun üçün bir hektar toxumluq sahəyə 4-6 arı ailəsi tələb olunur. Qarşılıqlı tozlanmanı təmin 
edilmək üçün onlar 500-600 metrlik məsafədə yerləşdirilir.
Öyrədilmiş (təlim) arılar mayalanmanın intensivliyini yüksəldirlər. Çiçəkləmə dövründə 
səhərlər hər bir arı ailəsinin yanına üçyarpaq çiçəyinin cövhərindən hazırlanmış 100 qr şəkər şirəsi 
qoyulur. Bir litr qaynanmış suda 1 kq şəkər həll edilir, şirəni soyudur və onun içərisinə şirənin 
həcminin ¼ qədər təzə çiçək dəstəsi salınır. İki saatdan sonra şirə üçyarpaq çiçəyinin ətrini alır və 
istifadə üçün hazır olur. Öyrədilmiş arıların üçyarpaq çiçəklərinə gəlmələri 14 dəfə güclənir və 
toxum məhsuldarlığı 2-4 dəfə artır. 
Üçyarpaq toxum üçün başcıqlar 90-95% qonurlaşdıqda kombaynla birbaşa yığılır. Başcıqların 
75-80%-i qonurlaşdıqda hektara 3-4 kq hesabı ilə əkinlərin qabaqcadan 
reqlonla
desikasiya 
edilməsi toxum məhsulunu aşağı salmadan yetişməni tezləşdirir. 
Reqlonla
desikasiya edildikdən 5-7 
gün sonra kombaynla birbaşa yığım aparılır. Toxumluq sahələr bir bərabərdə yetişmədikdə yığım 
hissə-hissə aparılır. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   322   323   324   325   326   327   328   329   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin