Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə328/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   324   325   326   327   328   329   330   331   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

 
 


285 
22.1.6. Xəşəmbül (barınc)
Əhəmiyyəti. 
Xəşəmbül vitaminlər və mineral duzlarla zəngin olan qiymətli yem bitkisidir. 
Eyni zamanda yaxşı bal verəndir. Yemlik xassəsinə 
görə yoncadan geri qalmır. Yaşıl kütləsi 
heyvandarlıqda yem, quru ot və senaj üçün istifadə 
edilir. Çiçəkləmənin başlanğıcında xəşəmbülün 
quru kütləsində təxminən 19% zülal olur. Xəşəmbül 
siderat bitki qismində istifadə olunur. Soyuğa və 
quraqlığa yaxşı davamlıdır. Əhəngli torpaqlarda 
yaxşı bitir. Hektardan 30-50 sentner quru ot 
məhsulu verir. Tərkibində efir yağlı maddə – 
kumarin (acıdır) olduğundan heyvanlar ilk vaxtlar 
onu pis yeyir. Xəstəlik və zərərvericilərə qarşı 
davamlıdır. Şoran torpaqları azotla zənginləşdirir.
Botaniki təsviri. 
Xəşəmbül (barınc), ballı 
yonca – 
Melilotus 
paxlalılar fəsiləsindən çoxillik, 
bəzən birillik ot cinsidir. Avropa, Asiya, Şimali 
Amerika və Avstraliyada təqribən 20 növü 
yayılmışdır. Azərbaycan ərazisində 7 növü bitir.
Xəşəmbülün ağ və sarı növləri daha çox 
yayılmışdır. 
Ağ xəşəmbül (
Melilotus albus Desr.
) – ikiillik 
bitkidir. Mil kökü və yaxşı inkişaf etmiş yan kökləri 
var. Budaqları (gövdəsi) düzdür, hündürlüyü 75-300 
sm-dir. 
Gövdənin budaqlanması 25-30 sm 
hündürlükdən başlayır. Gövdənin aşağı hissəsi 
çılpaq, yuxarı hissəsində əyilmiş qısa sıx budaqlar var. Aşağı və orta yarpağın yarpaqcıqları girdə 
(dəyirmi), yuxarıdakılar xətvarı yaxud ensiz ellipsvarı kənarları diş-dişdir. Hamaşçiçəyi salxımdır 
(qotaz), çiçəkləri ağ rənglidir. Paxlaları ellipsvarı, torlu-qırışıq qısa, iti burunludur. Toxumu oval 
formalı, sarı yaxud sarımtıl-yaşıl rənglidir. Dənin 1000 ədədin kütləsi 1,5 qramdır. 
Sarı xəşəmbül (

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   324   325   326   327   328   329   330   331   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin