Becərilmə aqrotexnikası. Qurdotu daha çox hallarda digər çoxillik otların qarışığı ilə səpilir.
Ot qarışıqları səpildikdə qurotu səpin normasının 25-30%-ni təşkil etməlidir. Yonca ilə qurdotunun
birgə səpinləri yaxşı nəticələr verir.
Bitki altına gübrə yonca və üçyarpaqda olduğu kimi verilir. Torpağın becərilməsi örtük bitkisi
üçün qəbul olunmuş texnologiya əsasında yerinə yetirilir.
Qurdotunun toxumlarını səpinqabağı skarifikasiya etmək (çərtmək) zəruridir.
Təmiz halda səpilmiş qurdotunun quru ot üçün yığılması çiçəkləməyə qədər həyata keçirilir.
Biçindən və ot yığıldıqdan sonra sahə ağır malalarla malalanır. Nə vaxt ki, əsas gövdədəki paxlalar
qonurlaşır həmin dövrdə toxum üçün biçin aparılır. Qurumuş kütlə sahədən daşınır və tam qurumuş
partlayan paxlalardan toxumlar təmizlənir. Paxlaların quruması və yetişməsi eyni bərabərlikdə
getmədiyindən qurudulmuş kütlə adi taxıldöyən maşınlardan keçirilir. Digər qatışıqlardan
təmizlənmiş toxumlar uzun müddətli saxlama yerlərinə yığılır. Qurdotunu vaxtlı-vaxtında yığdıqda
hektardan 3-4 sentner toxum məhsulu verir.
22.1.8. Çəpişotu Əhəmiyyəti. Çəpişotu bitkisinin yaşıl kütlə məhsuldarlığı bir hektardan 70-80 tona çatır. Bu
paxlalı bitki eyni tarlada 15 il bitə bilir. Uzun müddət eyni tarlada bitdikdə hər hektardan 10-12 tona
qədər quru maddə toplaya bilir. Uzun müddət eyni yerdə şumlanmadan çəpişotunun becərilməsi
material məsariflərini və əmək xərclərini əhəmiyyətli dərəcədə azaltmağa imkan verir.
Çəpişotu kifayət qədər şaxtaya davamlıdır, qar düşməyən qışda o – 5
0
C-yə qədər şaxtalara
dözür. Yazda -5-6
0
C-yə qədər şaxtaya və 2-3 həftə subasmaya dözür, ona görə də onu subasar
ərazilərdə becərmək mümkündür. Çəpişotunun inkişaf etmiş güclü kök sistemi torpaq eroziyasına
qarşı mübarizə məqsədli ilə onun əkinlərindən yamaclarda istifadə edilməsinə imkan verir.
Çəpişotunun tərkibindəki fəal maddə südün sekresiyasını (vəzilərin orqanizmin fizioloji
fəaliyyətinə lazım olan maddələr ifraz etməsi prosesi) stimullaşdırır və qan əmələgəlməsi və qan
dövranı prosesini gücləndirir.
Çəpişotu yaxşı balverən bitkidir, çiçəkləmə vaxtı bal arıları uzun müddət ona baş çəkir, ona
görə də bu bitki stabil toxum məhsulu verməklə fərqlənir. Nektar və bal verməsinə görə çəpişotu
xaşaya yaxındır.
İl ərzində kifayət qədər, 450-500 mm-dən az olmayaraq nəmlik düşən ərazilərdə çəpişotunun
daha çox yayılması perspektivlidir. Yabanı halda o endemik bitki kimi yalnız Qafqazda bitir.
Adətən çəpişotunu üzvi maddələrlə zəngin neytral yaxud zəif-qələvi reaksiyalı qara torpaqlar və
gətirmə allüvial torpaqlara aid etmək olar.