292
verir. Nəm kütləsində xam proteinin miqdarı üçyarpaqdan geri qalmır, lakin onun tərkibində yaşıl
kütləyə acılıq tamı verən alkaloid olduğundan o siderat bitki kimi istifadə olunur. Yemlik lüpin
sortlarının tərkibində quru maddəyə görə daha az alkaloid 0,01% olduğunu nəzərə alsaq, praktiki
olaraq alkaloidsiz hesab edilir və mal-qaranın yemləndirilməsi üçün yararlı sayılır. Lakin sortlar bu
əlamətlərini tez itirirlər, hal-hazırda alkaloidsiz yemlik sortlar istehsalatda praktiki olaraq yoxdur.
Bunların əkin sahələri o qədər də çox deyildir.
Dostları ilə paylaş: