Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə338/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   334   335   336   337   338   339   340   341   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

22.2. ÇOXİLLİK TAXIL OTLARI 
 
Tarla yem istehsalına daxil olan bütün taxıl otları uzun gün bitkilərinə aiddir. Onlar nəmlik 
sevən, soyuğadavamlıdırlar, lakin bu xüsusiyyət ayrı-ayrı növlərdə müxtəlif dərəcədə özünü büruzə 
verir. Paxlalı bitkilərdən fərqli olaraq taxıl otları 
rhizobiumla
(fır bakteriyaları) müştərək həyat tərzi 
keçirmirlər və havanın molekulyar azotunu təsbit etmək qabiliyyətləri yoxdur. Buna görə də 
əkinlərin məhsuldarlığı torpağın azot gübrəsinin norması ilə təmin olunmasından asılıdır. Beləliklə 
əlverişli şəraitdə çoxillik taxıl otları 5-7 və 10 il müddətinə yüksək vegetativ kütlə məhsulu verə 
bilər. 
Seyrəkkollu taxıl otları fasiləsiz olaraq kollanmaq qabiliyyətinə malikdirlər. Daha intensiv 
kollanma erkən yazda və payızda baş verir. Torpaqda formalaşan vegetativ yeniləşmiş cavan zoğlar 
su və qida elementlərini ana gövdənin (budaq) kök sistemindən alırlar. Ehtiyat gözcüklərdən 
(tumurcuq) əmələ gəlmiş zoğlar təxminən 2 həftə ana bitkinin hesabına qidalanırlar. Hər bir inkişaf 
etmiş cavan budağın ömrü bir ildir. Taxıl otları quru ot məqsədi ilə biçildikdə ikinci biçin təzə 
vegetativ zoğların hesabına formalaşır. Bütün seyrəkkollu taxıl otlarının biçin həddi (torpaq 
səthindən hündürlüyü) var. Əgər ot həmin həddin aşağı hissəsindən biçilərsə vegetativ zoğlar məhv 
olar. Bu hündürlük vegetativ budaqlarda boy nöqtəsinin yerləşmə səviyyəsi ilə müəyyən olunur.
Cədvəl 50 
Çoxillik taxıl otlarının yaşıl kütləsində xam və təmiz zülalın həzm olunması və orta 
miqdarı 
 
Bitkilər
Quru maddəyə görə zülalın miqdarı, %-lə
Zülalın həzm olunma qabiliyyəti,
%-lə 
xam 
təmiz 
xam 
təmiz 
Qılçıqsız 
tonqalotu 
14 
10 
61 
56 
Pişikquyruğu
14 
10 
52 
49 
Yulafca
13 

64 
61 
Sudan otu 
13 
11 
66 
67 
Daraqotu
11 

54 
59 
Ayrıqotu


58 
58 
Çoxillik taxıl otlarının əksəriyyəti torpaq səthindən 5-6 sm hündürlükdən biçilir. 
Taxıl otlarının kök sistemi saçaqlıdır. Hər bir yeni zoğdan özünəməxsus kök sistemi 
formalaşır. Sünbülləmə yaxud süpürgələmə fazasına yaxın kökün quru kütləsi 80-90% təşkil edir. 
Bütün taxıl otlarının vegetativ kütlələrinin daha intensiv boy artımı borulaşma fazasının 
başlanğıcından, sünbülləmə yaxud süpürgələmə fazasına qədər baş verir. Quru ot məqsədilə yığım 
bu fazada aparılır. Məhsulun nisbətən tez yığılması məhsuldarlığın azalmasına, nisbətən gec 
yığılması isə onun keyfiyyətinin kəskin aşağı düşməsinə gətirib çıxarır. 
50 saylı
cədvəldə çiçəkləmə fazasının başlanğıcında çoxillik taxıl otlarının yaşıl kütləsində 
xam və təmiz zülalın miqdarı haqda məlumat verilmişdir. Daha çox xam zülal qılçıqsız tonqalotu və 
pişikquyruğunda, lakin həzm olunma qabiliyyəti isə Sudan otu və yulafcada yüksəkdir. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   334   335   336   337   338   339   340   341   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin