297
Tarla növbəli əkinlərində qarışıq səpilərkən səpin norması hektara 7-8 kq götürülür.
Çoban
toxmağının toxumunun yığımı kombaynla həyata keçirilir. Toxumun yığım
müddəti onun tam
yetişkənlik fazasındadır.
22.2.4. Daraqotu
Əhəmiyyəti.
Daraqotunun quru otunda 6,5-8,0% protein, yaxşı mineral maddələr vardır.
Qidalılığı çox yüksəkdir. Daraqotunun becərilməsinə XX – ci əsrin əvvəllərindən başlanılmışdır.
Botaniki quruluşu.
Daraqotunun
(Agropyron)
kök sistemi saçaqlıdır və torpağın 2,0-2,5 m
dərinliyinə işləyir. Gövdəsinin içi boş və yaxşı yarpaqlanandır. Bitkinin hündürlüyü 50-80 sm-dir.
Bir bitkidə daraqotu çoxlu budaqlara malikdir. Birinci ili bitkinin 40-a qədər budağı olur.
Çiçək
qrupu sünbüldür. Sünbülləri enli və ensizdir. Toxumun mütləq kütləsi 1,8-2,1 qr-dır.
Meyvəsi
pərdəli qılçıqvari sivridir. Ensiz sünbüllü daraqotunun ən çox iki növü yayılıb.
Səhra və Sibir
daraqotu (
Agropyron fragile P. Candargy, Agropyron desertorum Schult.).
Enli sünbüllü ayrıqotunun iki növü mədəni yayılmışdır: Darağabənzər
və daraq şəkilli
.
(Agropyron pectinatum Beauv., Agropyron cristatum Beauv.).
Bioloji xüsusiyyətləri.
Qeyd edildiyi kimi daraqotu yüksək kollanma qabiliyyətinə malikdir.
Daraqotunun soyuğa və şaxtaya davamlılığı çox yaxşıdır. Bu göstəricisinə görə səpin yoncasını
ötüb keçir. Quraqlığa davamlılığı yüksəkdir. Uzun müddət quraqlığa dözür,
lakin nəmlik düşən
kimi yaxşı inkişaf edir. Neytral reaksiyalı və zəif şorlaşmış torpaqlarda yaxşı bitir. 1 sentner quru ot
məhsulu yaratmaq üçün torpaqdan 2,2 kq azot, 0,54 kq fosfor və 2,1 kq kalium elementi aparır.
Eyni tarlada 15-20 il və daha artıq inkişaf edə bilir. Həyatının birinci 4-5 ilində daha yüksək məhsul
verir.
Dostları ilə paylaş: