303
kombaynla döyülməli və OC-1 markalı toxumtəmizləyəndə təmizlənməlidir.
Döyüldükdən sonra toxumun nəmliyi 14-15%-ə çatdırılmalı, dezinfeksiya olunmalı və yaxşı
havalandırılanı anbarlarda saxlanılmalıdır.
22.3.2. Payızlıq gülül.
Əhəmiyyəti.
Payızlıq gülül (pırpızlı gülül) yüksək dəyərli yemlik xüsusiyyəti ilə xarakterizə
olunur. Yemlilik keyfiyyətinə görə digər paxlalı bitkilərdən üstündür. Qara yonca 14%, yazlıq
gülüldə 15% protein olduğu halda payızlıq gülülün quru otunda 23% protein vardır. Proteindən
əlavə 1,4-2,4% yağ, 17-29% azotsuz ekstraktiv maddələr vardır.
Azərbaycan ərazisində payızlıq gülülün yabanı formalarına dəniz səviyyəsindən 2500-2800 m
yüksəklikdə təsadüf edilir. Bu bitki taxıl əkinlərinin arasında daha çox olur. Payızlıq gülül yaşıl ot,
silos, quru ot və heyvanları otarmaq üçün istifadə edilə bilər.
Botaniki təsviri və bioloji xüsusiyyətləri.
Payızlıq gülülün
(Vicia villosa
Roth
) yaxşı inkişaf
etmiş mil kökü və çoxsaylı yan kökləri var.
Gövdəsi nazik, üzəri tükcüklərlə örtülü əyiləndir, hündürlüyü 100-120 sm, tez yatandır.
Yarpaqları cütlələkşəkillidir. Nəhayəti bığcıqla qurtarır. Yarpaqcıqların miqdarı 6-8-10 cüt olur.
Forması lansetvaridir. Hamaşçiçəyi salxımdır. Çiçəkləri açıq-bənövşəyi rənglidir. Çiçəkləmə aşağı
yarusdakı çiçəklərdən başlayır. Çarpaz tozlanandır. Çiçəkləmə müddəti 15-20 gün davam edir.
Paxlası tünd-darçını rəngli, yastılaşmış, uzunsov-romba oxşar formalıdır. Paxlada dənlərin miqdarı
2 ədəddən 6 ədədə qədərdir. Toxumlar şarşəkilli tünd-qəhvəyi və qara rənglidir. Mütləq kütləsi 25-
30 qramdır.
Pırpızlı gülülün toxumları 2-3
0
C temperaturda cücərməyə başlayır. Cücərtilər –5-6
0
C
şaxtaya
dözürlər. Şaxtaya və qışadavamlılığı o qədər də yüksək deyil. Normal qışlayır və 16
0
C şaxtaya
dözür. Onu həm payızda, həm də yazda becərirlər. Vegetasiya müddəti sortdan və becərmə
texnologiyasından asılı olaraq dəyişir.
Bu nəmlik sevən bitkidir, kölgəliyə yaxşı dözür, torpağa tələbkar deyil. Qumluca və qumsal
torpaqlarda (bəzən onu qumsallıq gülülü adlandırırlar), eləcə də tərkibində əhəngin miqdarı çox
olan torpaqlarda yaxşı məhsul verir.
Gülül ləpə yarpaqlarını torpaq səthinə çıxartmır. Optimal səpin müddətində 2-3
0
C istilikdə 7-8
günə cərgələrdə tam və bərabər miqdarda cücərtilər verir. İnkişafının ilk dövrlərində istilik və
nəmliyə tələbkardır. Cücərtilər əmələ gəldikdən 7-9 gün sonra budaqlanma başlayır. Əsas gövdə
inkişafını dayandırır və məhv olur. Yan budaqlar adətən torpaq səthinə yaxın olan buğumlardan
əmələ gəlir. Pırpızlı gülüldə çox vaxt yeraltı kollanma buğumu olur ki, bunlardan yeni budaqlar
əmələ gəlir. Yaz səpinlərində cücərtinin başlanğıcından 60-65 gün keçdikdən sonra çiçəkləyir.
Budaqları kifayət qədər intensiv inkişaf edir. Ən çox boy artımı qönçələmə dövründən çiçəkləmənin
sonuna qədər qeydə alınmışdır. Quru maddənin orta gündəlik toplanması çiçəkləmə fazasında
maksimuma çatır.
Dostları ilə paylaş: