306
Orta Asiyada erkən yaz səpinində iyun ayında çiçəkləyir. Təcrübədə tərkibində 17-18%
protein olan yüksək qidalı quru ot məhsuldarlığı hektardan 80-100 sentnerə çatır.
Azərbaycanın rayonlarında hər hektardan 70 sentner əlverişli şəraitdə isə 150 sentnerə qədər
quru ot məhsulu verir.
Şabdar yabanı halda Lənkəran-Astara zonasının təbii biçənəklərinin 30%-ni təşkil edir.
Qidalılığına görə yonca bitkisinə yaxındır. Gövdəsi, yarpaqları yumşaq və xoş iylidir.
Pambıq bitkisi üçün şabdar gözəl sələfdir. Yaşıl gübrə kimi istifadə etdikdə pambığın
məhsuldarlığı hektardan 10-12 sentner artır.
Şabdarın becərilməsi üçün əlavə tarla tələb edilmir. Belə ki, iki mövsüm arasında onu pambıq
cərgələri içinə payızda səpdikdə aprel ayına kimi yüksək məhsul almaq olar.
Şabdar çox məhsuldar olduğundan onu yonca ilə qarışıq əkmək faydalıdır. Şabdarın hesabına
yoncanın məhsulu 1-ci ili 35-40% artır. Suvarma şəraitində bitkinin boyu 70-100 sm-ə çatır.
Yarpaqları üçguşəlidir. Çiçək qrupu yarım şar şəkillidir. Toxumu yumurtavaridir. Toxumları sarı,
yaşıl, qəhvəyi rəngdə olur. Mütləq kütləsi 1,5-1,8 qramdır.
Toxumlar əlverişli şəraitdə bir sutkaya cücərir. Cücərtilər şaxtaya davamlıdır.
Torpağa tələbkar deyildir. Vegetasiya müddəti 80-130 gündür. Suvarılan rayonlarda 2-3 dəfə
biçmək olur. İkinci biçin üçün 30-40, üçüncü biçin üçün isə 50 gün tələb olunur.
Çarpaz tozlayan bitkidir.
Toxumları çox xırda olduğundan səpin qabağı sahəyə mala çəkmək lazımdır. Onu payızda
səpdikdə səpinqabağı əkilmiş sahə suvarılmalı və malalanmadan sonra səpinə başlanmalıdır.
Fosfor və kalium gübrəsinə tələbkardır. Şabdar adi cərgəvi üsulla səpilir. Səpin norması
hektara 12-16 kq, toxumun basdırılma dərinliyi 1,5-2,0 sm-dir. Vegetasiya müddətində müxtəlif
şərtlərdən asılı olaraq şabdar 4-5 dəfə suvarıla bilər. Şabdarın səpin müddəti payızda oktyabr
ayındadır.
Quru ot üçün çiçəkləmə dövrünün başlanğıcında şabdarı biçmək lazımdır, gecikdirildikdə 2-ci
biçinin məhsulu aşağı düşür.
Toxum almaq məqsədilə şabdarın ancaq birinci biçini saxlanılır. Çünki, birinci biçindən
götürülən toxum məhsulu keyfiyyətli olur. Biçin başcıqların 70-80%-i qonurlaşdıqda aparılır. Kütlə
quruduqdan sonra birbaşa kombaynla döyülür.
Şabdar kövşənlik əkinlərdə daha yaxşı bitir. Şabdarın kövşənlik əkinlərdə yaşıl kütlə
məhsuldarlığı hektardan 230-240 sentnerə çatır.
Dostları ilə paylaş: