310
Sudan otunun toxum üçün becərilməsinin xüsusiyyətləri.
Toxumluq səpinlər yaxşı olar ki,
tarla növbəli əkinlərində başdan-başa becərilən bitkilərdən sonra yerləşdirilsin.
Quraq bölgələrdə
Sudan otu toxum məqsədi ilə gencərgəli üsulla cərgəarası 45-50 sm olmaqla səpilir. Optimal səpin
müddətində səpin norması hektara 12-15 kq götürülür.
Alaq otlarına qarşı mübarizə məqsədi ilə herbisid tətbiq olunur, ancaq gencərgəli əkinlərdə 2-
3 cərgəarası becərmələr aparılır. Toxumluq sahənin yığımına o vaxt başlanılır ki,
əsas gövdənin
süpürgəsi
yetişir və toxum bərkiyir, yığım kombaynla aparılır. Gövdələr
hündür olduqda əvvəlcə
yuxarıdan budağın müəyyən hissəsi ilə birlikdə süpürgələr yığılır, sonra
isə qalan kütlə otbiçənlə
biçilir. Dərhal toxumlar kənar qatışıqlardan təmizlənir və qurudulur.
Dostları ilə paylaş: