311
nəmlik az olan rayonlarda hektara 8-12-15 kq, nəmliklə təmin olunmuş yerlərdə isə 20 kq-a
qədərdir. Toxumun basdırılma dərinliyi 2-4 sm-dir. Moqar qarğıdalı, darı və Sudan otu ilə eyni
müddətdə səpilir.
Cücərtilər alındıqdan sonra gencərgəli əkinlərdə cərgə araları torpaq yumşaldıcı
alətlərlə
becərilir. Axırıncı cərgəarası becərmə cərgələr qovuşmamışdan əvvəl aparılır.
Məhsulun yığılması.
Quru ot üçün Moqar süpürgələmə və çiçəkləmə fazasının başlanğıcında
biçilir. Biçin torpaq səthindən 7-8 sm yuxarıdan aparılır. Bundan aşağı (4-5sm) aparılan biçinlərdən
sonra bitki yenidən cücərti verərək gövdə əmələ gətirmir. Toxum üçün sünbüllər qonurlaşanda və
toxumlar möhkəmlənəndə yığım aparılır. Moqar kombaynla yığılır. Toxum kənar qatışıqlardan
təmizlənir və nəmliyi 12-14%-ə çatdırılır.
22.4.3. Birillik qaramuq
Əhəmiyyəti.
Birillik qaramuq qiymətli yem bitkisidir. Bütün növ heyvanlar onun quru otunu
və yaşıl kütləsini yaxşı yeyirlər. Çiçəkləmənin başlanğıcında proteinin miqdarı 16,7% təşkil edir.
Səpilən ili bol yem kütləsi formalaşır. Tarla yem istehsalında birillik qaramuğun böyük əhəmiyyəti
vardır. 100 kq yaşıl kütləsində 20 yem vahidi, 2,1 kq həzmə gedən protein var. Qaramuğun quru otu
qidalılığına görə Sudan otu, moqar və digər taxıl otlarından geri qalmır. Bir sentner quru otunda 46
yem vahidi və 3,2 kq həzmə gedən protein var. Qaramuqun küləşi də heyvanlar tərəfindən yaxşı
yeyilir. Birillik qaramuq otlaq (biçənək) salmaq üçün əla örtük bitkisidir. O, çoxillik otların qarışığı
ilə parnik təsərrüfatlarında qısa müddətdə çimli torpaq almaq üçün tətbiq edilir.
Onun aqrotexniki əhəmiyyəti böyükdür. Torpaqda çoxlu miqdarda kök və kövşən qalıqları
saxlamaqla gec quruduğuna (ölüşkənləmək) çox yavaş parçalandığına
görə qaramuq çoxlu
miqdarda çürüntü toplayır ki, bu da torpağın münbitliyini yüksəldir. Qaramuq dənli və texniki
bitkilər üçün qiymətli sələfdir.
Birillik qaramuq üçyarpağın və payızlıqların seyrəlmiş ot durumlarını
təmir etmək üçün
perspektivli bitkidir.
Yüksək xora vermək qabiliyyətinə malikdir, vegetasiya müddətində 2-3 dəfə biçin verir. İkinci
biçindən sonra uzanmış xoranı payızın sonuna qədər otlaq yemi
kimi istifadə etmək mümkündür,
belə ki, o payız şaxtalarını asanca keçirir.
Yüksək aqrotexniki fonda birillik qaramuq hektardan 300 sentnerə qədər yaşıl kütlə yaxud 80
sentner quru ot məhsulu verir.
Dostları ilə paylaş: