Qulluq işləri. Hektarda olan bitki sıxlığını müəyyən etmək üçün qidalanma sahəsini bilmək
zəruridir. Bir hektarı (10 000 m
2
) həmin ədədə bölərək yuvadakı bitkilərin sayına vururuq (məs. 60
x 60 sxemində bir yuvada qidalanma sahəsi 0,6 m x 0,6 m = 0,36 m
2
, 10 000 m
2
: 0,36 m
2
= 27777
yuva, hər yuvada 3 bitki saxlanarsa onda 27777 x 3 = 83331 bitki olmasını tapırıq).
Çıxışlar alınana qədər tarlada qaysaq əmələ gələrsə yüngül mala ilə onu dağıtmaq lazımdır.
Çıxışlar alındıqdan sonra cərgəaralarının becərilməsinə başlanılır. Birinci kultivasiya 6-8 sm
dərinliyində cərgələrin hər tərəfindən 10-12 sm müdafiə zolağı saxlanılmaqla aparılır.
Qulluq işlərində əsas aqrotexniki tədbirlərdən biri də seyrəltmənin aparılmasıdır. Seyrəltmə nə
qədər gec aparılarsa, bitkilərin torpaqdan qida maddələri, su alması və inkişafı bir o qədər ləngiyir.
Təcrübələrlə müəyyən edilmişdir ki, seyrəltmə aparılaraq hektarda 100 min bitki saxlanılan halda
çıxarılan bitkilər torpaqdan 6-10 kq azot, 1-2 kq fosfor və 4-6 kq kalium elementi aparır.
Göründüyü kimi çıxışlar alınan kimi seyrəltməyə başlamaq və birinci əsil yarpaqlar əmələ gələnə
qədər bu işin yerinə yetirilməsi olduqca zəruridir.
İkinci kultivasiya birinci vegetasiya suvarmasından 2-3 gün sonra aparılır. İkinci yaxud
üçüncü kultivasiyadan başlayaraq müdafiə zonası 15-16 sm-ə çatdırılır.
Qulluq işlərindən daha əhəmiyyətlisi alaqlarla mübarizədir. Hektara 1-1,5 kq herbisid 200 litr
suda həll edilərək 20-30 sm enində cərgələrə çilənir.
Ucvurma da mühüm qulluq işlərindəndir. Bitkinin boy nöqtəsi qırılıb atılır, bu üsul qönçələrin
və çiçəklərin tökülməsinin qarşısını alır, bitkinin işıqlanması və qidalanması üçün əlverişli şərait
yaradır.
Xəstəlik və zərərvericiləri. Xəstəlikləri göbələklər, bakteriyalar və viruslar törədir.
Ən qorxulu xəstəliklər soluxma və hommozdur.