327
Yaşıl kənafın yığılmasına texniki yetişkənlik çatdıqda və 50%-dən az olmayaraq bitkilər
çiçəklədikdə başlanılır. Təzə biçilmiş gövdələrdən lif (qabıq altı, lub) ayırmaq üçün lifayıran
texnikadan istifadə olunur. Alınmış yaşıl liflər qurumaq üçün kövşənlə bərabər sərilir. Quruduqdan
sonra onu kütləsi 10-12 kq olan tığlara yığırlar. Hazırlıq məntəqəsinə verməzdən əvvəl lif
sortlaşdırılır.
Kombaynla yığım - gövdənin kəsilməsi, alaq bitkilərinin ayrılması, gövdələrin lif üçün
işlənməsi və qurumaq üçün torpağa sərilməsi kənafyığan KU-0,2 markalı kombaynla aparılır.
Kənafın toxumluq əkinlərində bitkilərin 75%-də 3-4 ədəd aşağıdakı qozalar qonurlaşdıqda JK-
2,1 markalı aqreqatla yığım aparılır.
Kəsilmiş gövdələr tarlada 3-4 gün müddətinə soluxmaq üçün saxlanır, sonra onlardan dərzlər
bağlanır və qurumaq üçün bir neçə dərzlər bir-birinə söykənikli formada yığılır. Qurudulmuş
dərzlər hərəkət edən taxıldöyəndə (MKF-6) xırdalanır. Döyülmüş toxumlar sortlaşdırılır, gövdələr
isə dərz bağlanır və təhvil verilmək üçün lif emalı zavodlarına göndərilir.
Dostları ilə paylaş: