subsp. mediterranium Vav. et Ell. Bitkisi alçaqboyludur (50 sm).
Çiçəkləri, qutuları və toxumları iridir. 1000 ədəd toxumun kütləsi 10-13 qramdır. Aralıq dənizi
ölkələrində becərilir.
Aralıq yarımnövü -
subsp. transitorum Ell. Bitkisinin orta hündürlüyü (50-60 sm). Çiçəkləri,
qutuları və toxumları orta irilikdədir. 1000 ədəd toxumun kütləsi 5-6 qramdır. Yağlı bitki kimi
Ukraynanın cənubunda, Zaqafqaziyada, Qazağıstanda və Krımda yayılmışdır.
Avrasiya yarımnövü -
subsp. eurasiticum Vav. et Ell. Hündürlüyünə və çiçəkləməsinə görə
bitkisi müxtəlifdir.
Çiçəkləri, qutuları və toxumları xırdadır. 1000 ədəd toxumun kütləsi 3-5
qramdır.
Ən geniş yayılmış və mədəni becərilən yarımnövdür. Avropa və Asiyada becərilir.
Avrasiya yarımnövü dörd qrup növmüxtəlifliyinə bölünür. Onların içərisində daha çox
əhəmiyyətə malik olanları aşağıdakılardır.
Sıx səpinlərdə
uzunlifli kətan hündürboylu, birgövdəli olurlar, yalnız yuxarı hissəsi
budaqlanandır. Onun yuxarı hissəsində çətirşəkilli salxım-qısa hamaşçiçək, içərisində toxum olan
2-10 meyvə qutuları yerləşir. Əkinlərdə hərdənbir bitkilərdə 10 toxum qutusu əmələ gəlir. Gövdəsi
açıq-yaşıl yaxud göyümtül-yaşıldır, ancaq yetişdikdə sarı-yaşıl rəng alır. Gövdəsi əsasından geniş
və yuxarı hissəsində daralmış, uzanmış konus formasındadır.
Yarpaqları lansetvari, oturaq, spiral şəkilli xətt boyunca növbə ilə yerləşən, nazik mum
təbəqəsi ilə örtülü, yaşıl rənglidir. Onların uzunluğu 36-40 mm, eni 2-4 mm-dir, məhsul yetişən
zaman məhv olurlar.
Kənafın çiçəkləri düz, beşdilimli, adətən mavi, çəhrayı yaxud ağ ləçəklərdən ibarətdir. Mavi
ləçəkli bitkilərin məhsuldarlığı daha artıqdır. Çiçəyin göy, sarı rəngli toz kisəsindən ibarət
erkəkciyi beşdir.
Uzun lifli kətan öz-özünü tozlayan bitkidir, ancaq həşəratlar vasitəsilə, xüsusən bal arılarının
hesabına çarpaz tozlanma qaçılmazdır.
Aydın isti günlərdə çiçəklər səhər saat 5-6 radələrində açılır və saat 9-11-ə çiçəyin ləçəkləri
tökülür. Tutqun (buludlu) günlərdə çiçəkləmənin başlanması və qurtarması 1-2 saat gecikir. Bütün
tarlada çiçəkləmə orta hesabla 6-10 gün davam edir.
Kətanın meyvəsi uzunluğu 6,1-8,3 mm, eni 5,7-6,8 mm-lik şarşəkilli qutucuqdan ibarətdir.
Qutucuqlar beşyuvalıdır, hər yuvanın bölünməsi natamamdır, hər yuva öz sırasında tam ayrılmayan
iki hissəyə bölünür. Hər hissədə bir ədəd, bütöv qozada 10 ədəd toxum olur. Yetişən zaman qozalar
açılmadığı üçün toxumlar tökülmür. Lakin yetişdikdən sonra bitki kökü üzərində çox qaldıqda
qutucuqlar açılır və toxum tökülür.
Toxumu yastı, yumurta formalı nəhayəti əyri, səthi hamar və parlaqdır. Sağlam toxumlar
müxtəlif çalarlı darçını rəngdə olurlar. Toxumun 100 ədədinin kütləsi 2,8-6,0 qramdır.
329
Uzun lifli kətan zəif inkişaf etmiş mil kök sisteminə malikdir. 80%-i əkin qatında yayılan kök
kütləsi yerüstü hissənin 8-10%-ni təşkil edir. Kök kütləsinin 10-15%-i isə 20-40 sm-lik qatda
yerləşir. Uzun lifli kətan mülayim isti və nəmli hava şəraiti olan rayonlarda becərilir.
Qıvrım (kudryaş) kətan (