Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə388/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   384   385   386   387   388   389   390   391   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

v. brevimulticaulia
) – qüvvəli kollanan, alçaqboylu, hündürlüyü 30-
50 sm-dir. Çox qoza (30-60) əmələ gətirir. Dəmyə şəraitdə sıx səpinlərdə birgövdəli və seyrəkqozalı 
olur. Yarpaqları yaşıl, çiçəkləri mavi, bənövşəyi-mavi nadir hallarda ağ rəngli olur. Toxumları 
darçını rənglidir, Sarı toxumlu bitkilərə də təsadüf edilir. Uzun lifli kətana nisbətən toxumları iridir. 
Yağ istehsalı üçün becərilir. Toxumlarının yağlılığına görə bütün qruplardan üstündür. 
Toxumlarında 38-45%-ə qədər yağ toplanır. 
Aralıq, yaxud keçid kətan 
(
v. intermedia
) – ortaboylu bərkgövdəli bitkidir. Az hallarda 
gövdəsinin əsasında iki budaq əmələ gəlir, hündürlüyü 50-70 sm-ə qədərdir. Uzun lifli kətana 
nisbətən sıx yarpaqlıdır və qutucuqların miqdarı çoxdur. Yarpaqları göyümtül-yaşıl rəngli, nəzərə 
aydın çarpan mum təbəqəsi ilə örtülüdür. Çiçəkləri mavi, yaxud açıq-mavi, toxumları darçını 
rənglidir. Əsasən yağ istehsalı üçün becərilir. 
Sərilən kətan 
(
v. prostrata
) – vegetasiyanın başlanğıcında kolu yerə sərilir, çiçəkləmə 
ərəfəsində vəziyyətini düzəldərək şamdana bənzər forma alır və hündürlüyü 1 metrə çatır. Olduqca 
çox yarpaqlanandır, çiçəkləri mavi, toxumları tünd darçını rənglidir. Əsasən lif üçün becərilir. 
Gecyetişən qrupdur.
Kətan lifinin texniki xüsusiyyəti.
Kətan lifi çoxlu miqdarda ayrı-ayrı hüceyrələrdən ibarət, 
bitki gövdəsinin qabığının parnenxim toxumalarında ibtidai lif, tel-tel yaxud lifli dəstə şəklində 
yerləşir. 
 
Şəkil 53. Kətan bitkisinin qrupları. 


330 
İbtidai liflər gərilmiş, uzunluğu 15 mm-dən 40 mm-ə qədər iti nəhayətli hüceyrələrdən 
ibarətdir. Lifin orta qalınlığı 20-30 mikrometrdir. İbtidai lif lif dəstəsinə pektinlə möhkəm yapışmış 
olur. Hər dəstədə 25-40 ibtidai lif müəyyən edilmişdir. Lif dəstələri halqa şəklində gövdənin 
periferiyasında yerləşir. Dəstələr bir-biri ilə birləşərək texniki lif zolağı əmələ gətirir.
Lifli dəstənin uzunluğu gövdənin ümumi uzunluğundan və onun texniki uzunluğundan (ləpə 
yarpaqlarının izindən budaqlanmanın başlanğıcına qədər) asılıdır. Daha atıq texniki və daha çox 
ibtidai liflər, böyük texniki uzunluğa malik olan hündür (70 sm) gövdələrin tərkibində olur. Nazik 
gövdələr (1-1,2 mm) yaxşı keyfiyyətli lif verir, belə ki, onların ibtidai lifləri daha çox qalın 
divarlıdır və müqayisəli dərəcədə daxili boşluğun olması, yaxşı davamlılıq və elastiklik verir. 
Kətan lifinin keyfiyyəti bir çox texnoloji xüsusiyyətləri ilə xarakterizə olunur. Yaxşı 
keyfiyyətli lif daha yüksək möhkəmliyi, elastikliyi, zərifliyi, əyiricilik qabiliyyəti və davamlılığı ilə 
fərqlənir. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   384   385   386   387   388   389   390   391   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin