Qulluq işləri. Kətanın əmtəəlik səpinləri üçün bir sıra aqrotexniki tədbirlər nəzərdə tutulur:
vərdənələmə, malalama, alaqlar və zərərvericilərlə mübarizə, bütün bunlar konkret şərait nəzərə
alınmaqla həyata keçirilir.
Aqrotexniki tədbirlərlə yanaşı əkinlərə qulluq işlərindən mühümləri alaq otlarına, kətanın
xəstəlik və zərərvericilərinə qarşı kimyəvi vasitələrin tətbiqidir. Ayrı-ayrı illərdə onların uzun lifli
kətana vurduğu zərər 30%-ə çatır.
Əkinlər ikievli birillik alaqlarla zibilləndikdə hektara 0,6-1,2 kq 80%-li 2M-4X herbisidi
çilənir. Su sərfi 200-300 litrdir.
Yaxşı olar ki, kətan əkinlərinə herbisid çilənməsi bitkinin boyu 5 sm-dən 8 sm-ə qədər
olduqda həyata keçirilsin. Bu dövrdə yarpaqlar gövdələrdə iti bucaq altında yerləşir və mum
təbəqəsi ilə örtülü olur, herbisidin onlara təsiri daha gec çiləmə aparılmasına nisbətən nəzərə
çarpacaq dərəcədə aşağı düşür. Aydın və quru hava şəraitində 15-17
0
C temperaturda əkinlərin
çilənməsi daha səmərəlidir. Sərin havada (12
0
C) herbisid məhlulunun alaqların bədəninə daxil
olması ləngiyir, ancaq, quru və isti havada güclənir, lakin bu zaman da kətanın soluxmasına səbəb
olur.
Əkinlərin hər hektarına 0,75 kq 2M-4X və 9 kq ammonium nitrat yaxud 13 kq ammonium
karbonat qarışığının çilənməsi kətanın yaxşı boy atmasına və onun alaqlardan daha tam
təmizlənməsinə səbəb olur. Herbisidin tək çilənməsinə nisbətən azotlu gübrələrlə qarışıq çilənməsi
kətanın toxum məhsulunu 12-13%, lif çıxımını isə 12-27% artırır. Həmin qarışığa hektara 0,25 kq
bor, 0,1 kq sink və molibden mikrogübrələrinin əlavə edilməsi məhsuldarlığa nəzərə çarpacaq
dərəcədə təsir göstərir. Bu halda lif çıxımı hektardan 1,5-2,0 sentner və toxum məhsulu isə 1,3-1,5
sentner artır ki, bu da bitkidə fotosintez prosesinin güclənməsi ilə əlaqədardır. Beləliklə kətanın
bakterioz, fuzarioz, pas və digər xəstəliklərlə yoluxması nəzərə çarpacaq dərəcədə aşağı enir.
Kətan əkən təsərrüfatlarda daha çox yayılmış ən qəddar alaq - sürünən ayrıqla mübarizə
aparılmasına böyük əhəmiyyət verilir. Bu alaqla güclü sirayətlənmiş sahələrdə kətan lifinin məhsulu
20-25% aşağı düşür. Bu alağı məhv etmək üçün
natrium üçxlorasetat tətbiq olunur. Preparat dənli
taxıl bitkilərinin və çoxillik otlar layının üzlənməsindən sonra verilir. Qumsal torpaqlarda hektara
təsir edici maddə hesabı ilə 20 kq, gillicəli torpaqlarda isə 30 kq natrium üçxlorasetat verilir.
Kətan əkinlərində böyük əhəmiyyət kəsb edən qulluq işlərindən biri də bitkilərin
zərərvericilərdən, xüsusən hər yerdə yayılmış kətan birəsindən mühafizəsidir. Birəyə qarşı
cücərtilərin alınmasına 1-2 gün qalmış kətan əkinləri aqreqatın 3-4 gedişi enində hektara 0,8 kq
fosfamid preparatı (Bi-58 insektisidi) ilə işlənilir. Bu məqsəd üçün hektara 0,8 kq 80%-li xlorofos
da tətbiq edilir.
Kətan birəsinin miqdarı quru və isti havada 1 m
2
-də 10-dan artıq və nəmişli havada 1 m
2
-də
20-dan artıq fərd olarsa çiləmə ştanqlı ciləyicilərlə aparılır. Məhlul sərfi hektara 200-300 litrdir.
334
Mənənələrlə mübarizə məqsədi ilə hektara 15-25 kq 12%-li QXQÜ dustu ilə cinaqşəkilli
fazadan sonra tozlandırılır.