Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə396/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   392   393   394   395   396   397   398   399   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

 
Botaniki quruluşu.
Çətənə 
(Cannabis)
- kəndir, kənafkimilər fəsiləsindən birillik lifli bitki 
cinsidir. Bu cinsin üç növü məlumdur - 
Cannabis sativa
- səpin çətənəsi,
Cannabis indica
- Hind 
çətənəsi və
Cannabis ruderalis
- alaq çətənəsi (yabanı çətənə). 
 
Kök sistemi oxvarıdır. Torpağın 2 


336 
m və daha dərinliyinə işləyir. Ətrafa isə 1,2 metrə qədər yayılır. Lakin qida maddələrini mənimsəmə 
qabiliyyəti zəifdir. Gövdəsi 0,75-5,0 metr və daha hündür, 3,5-5,0 sm diametrli, aşağı hissəsi 
dairəvi, yuxarısı altıüzlü, içərisi dolu, üzəri tüklüdür. Gövdənin budaqlanması bitkinin növü və 
sıxlığı ilə əlaqədardır. Sıx səpinlərdə gövdə nazik olur və budaqlanmır. Yarpaqları mürəkkəb, 
saplaqlı, barmaqvarı dilimlənmişdir. Dilimlərin sayı 3-dən 13-ə qədərdir. Gövdənin aşağı 
yaruslarındakı yarpaqlar qarşı-qarşıya, yuxarıdakılar növbəli düzülür.
Çətənə ikievli ot bitkisidir. Erkək bitkisi dişi bitkisinə nisbətən alçaqboylu, nazik gövdəlidir, 
lif çıxımı 25-30%-dir. Çiçəkləri şaxələnən, seyrək salxımda toplanır. Hər çiçəyində beş erkəkcik 
vardır. Dişicik bitkisi hündürboylu, yoğun və qüvvəlidir. Çiçək qrupu sıx sünbülə bənzər salxım 
təşkil edir. Dişiciyinin yumurtalığı biryuvalı, sütuncuğu lələkşəkilli, ikidilimlidir. Dişicik bitkisi 16-
20% lif verir. Ata və ana bitkisi demək olar ki, eyni vaxtda yetişir.
Meyvəsi birtoxumlu, yuvarlaq, yan tərəfləri yüngülvarı sıxılmış, xırda qozcuqdur. 1000 ədəd 
meyvəsinin kütləsi 10-32 qramdır. 
Bioloji xüsusiyyətləri.
Çətənə uzun gün bitkisidir. Gün daha uzun olduqca vegetasiya dövrü 
də uzanır. Toxumları 1-2 
0
C temperaturda cücərməyə başlayır, lakin cücərtilərin bir bərabərdə 
alınması üçün 8-10 
0
C temperaturun olması zəruridir. Toxumların cücərməsi 3 gündən 25 günə 
qədər davam edir. Cücərtilər -5-6 
0
C qısa müddətli şaxtalara dözürlər, bundan sonra bitkilərin boy 
artımı bir müddət yavaşıyır. Yaşlı bitkilər artıq 
şaxtalardan məhv olurlar. Çətənənin intensiv 
inkişafı üçün daha yaxşı temperatur 18-20 
0
C-dir. 
15 
0
C-dən 
aşağı 
temperaturda 
xüsusən 
qönçələmə və çiçəkləmə fazasında çətənənin boy 
və inkişafı gecikir və məhsuldarlığı aşağı düşür. 
Çətənə üçün daha yaxşı nəmlik üç yarpaq 
fazasından yetişənə qədər TRT - nin 60-80% 
həddində olmasıdır. Nəmliyə daha çox tələbatı 
(50-70%) qönçələmə və çiçəkləmənin başlanğıc 
dövründə qeydə alınır. Vegetasiyanın əvvəlində, 
cücərdikdən üç cüt yarpaq əmələ gələnə qədər 
torpaqda nəmliyin artıq olması çətənənin 
inkişafına 
mənfi 
təsir 
edir. 
Çətənənin 
transpirasiya əmsalı 600 - 1200-dür. 
Çətənənin 
tələbatına 
daha 
çox 
mədəniləşdirilmiş düzən torpaqlar cavab verir. 
Çay vadilərinin qara torpaqları, qurudulmuş 
torflu torpaqlar çətənə əkinləri üçün yaxşı hesab 
olunur. Eləcə də onu yaxşı gübrələnmiş tünd-boz 
və açıq-boz torpaqlarda becərmək mümkündür. 
Torpaq məhlulunun reaksiyası neytrala yaxın (pH=6-7) olmalıdır. Ağır gilli və qumsal torpaqlarda 
çətənə becərilməsi məsləhət görülmür. 
Çətənə hektardan bir ton məhsulla 150-200 kq azot, 35-40 kq fosfor və 100-120 kq kalium 
elementi aparır. Bitki qönçələmə fazasının başlanğıcından çiçəkləmə fazasına qədər azot elementini, 
cücərtilərdən 5-6 yarpaq əmələ gələnə qədər və toxum əmələ gələn dövrdə fosforu, vegetasiyanın 
birinci yarısında isə kaliumu daha intensiv istifadə edir.
Vegetasiyanın əvvəlində çətənə bitkisi yavaş-yavaş (qönçələməyə qədər) böyüyür, lakin kök 
sistemi, əksinə, güclü inkişaf edir. Daha intensiv boy artımı qönçələmə dövründən çiçəkləmə 
dövrünə qədər (sutkada 5-6 sm) müşahidə edilir. Bu zaman əsas lif kütləsinin toplanması ümumi 
məhsulun 3/4 hissəsini təşkil edir. Səpindən cücərtilərin alınmasına qədər 8-10 gün, çiçəkləməyə 
qədər 45-59 gün, lifin (poskon) yetişməsinə qədər 65-70 gün, anac bitkilərin yetişməsinə qədər 
110-115 gün keçir. İkievli çətənənin tezyetişən sortlarının vegetasiya dövrü 116-123 gün, orta 
yetişənlərin – 132-140, gecyetişənlərinki – 152-160 gün təşkil edir.
 
Şəkil 54. Çətənə;
1 – dişi bitkinin görünüşü, 2 – 
erkək bitkinin görünüşü. 


337 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   392   393   394   395   396   397   398   399   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin