44
çıxaran adi lobya torpağın bu qatını rəf etmək üçün 54%, ləpə yarpaqlarını torpaq səthinə
çıxarmayan yem paxlası və noxud mütləq quru maddə kütləsinin 42-47%, ancaq 6 sm-ə qədər
dərinlikdə 68-72% təşkil edir.
Beləliklə, torpağın üst təbəqəsində kifayət qədər nəmlik olan zaman toxumun minimum
dərinliyə basdırılmasına riayət edilməlidir. Ona görə ki, toxum torpaq qatını rəf etmək üçün az
enerji sərf edir, çıxışlar tezliklə bərabər ölçüdə alınır, toxumun plastik maddələri assimilyasiya
aparatının və kökün formalaşmasına sərf olunur, cücərtilər daha çox həyat qabiliyyətli və patogen
mikroorqanizmlərə davamlı olurlar.
Toxumun basdırılma dərinliyini müəyyən edən mühüm amil torpağın qranulometrik tərkibidir.
Gilli və ağır gillicəli torpaqlarda toxumların basdırılmasının son həddi minimum dərinlikdir.
Toxumun 1000 ədədinin kütləsi onların basdırılma dərinliyinə böyük dərəcədə təsir göstərir.
Çox xırda toxumlar (tütün, tənbəki) nəmli torpağa səpinqabağı və səpindən sonra suvarmalar tətbiq
etməklə səthi səpilir.
Mütləq kütləsi 0,5 qram olan xırda toxumlu çəmən pişikquyruğu 1 sm-dən daha artıq
olmayan torpaq qatını rəf etmək qabiliyyətinə malikdir.
Torpaq fizioloji yetişkənliyə çatdıqda səpilməyə başlanan dənli taxıl və dənli-paxlalı bitkilərin
toxumları, nəm qatın 3-4 sm dərinliyinə basdırılır. Torpaq xeyli dərinlikdə quruyan zaman, xüsusən
yüngül torpaqlarda, basdırılma dərinliyi 5 sm-ə qədər, lakin ləpə yarpaqlarını torpaq səthinə
çıxarmayan iri toxumlu bitkilərdə 6-7 sm-ə qədər artırılır.
Orta gillicəli torpaqlarda kartof yumrularının optimal basdırılma dərinliyi şırımın baş
tərəfindən 8 sm-dir. Basdırılma dərinliyinin azaldılması stolonların torpaqdan çıxmasına və
yumruların yaşıllaşmasına gətirib çıxarır, qida kimi istifadə etmək üçün onu yararsız hala salır.
Yumrular daha artıq dərinliyə basdırılan zaman torpaq səthində gövdələrin (çıxışlar)
görünməsi ləngiyir, daha dərin qatlarda yerləşmiş yumruların məhsul yığımı çətinləşir.
Hər hansı bitkidən daha yüksək məhsul almaq üçün, səpin müddətini, səpin üsulunu və səpin
normasını, toxumun basdırılma dərinliyini düzgün müəyyən etmək lazımdır. Bundan əlavə sahədə
toxumların bir bərabərdə paylanması və eyni dərinliyə basdırılması olduqca vacibdir.
Cərgəvi səpin zamanı səpici aqreqatı tənzimləməklə toxumun bərabər paylanmasına müvəffəq
olmaq olar. Səpici aqreqatlar arasında (saşniklər) eyni məsafənin olmasını müəyyən etmək
mühümdür. Ara məsafələri yaxın olan cərgələrdə bitkilər seyrəkləşir, lakin cərgə araları böyüdükcə
alaq otları basır, nəticədə məhsul 15-20% azalır.
Dostları ilə paylaş: