Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə406/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   402   403   404   405   406   407   408   409   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Bioloji xüsusiyyətləri.
Tənbəki uzun gün bitkisidir. Digər uzun gün bitkilərinə nisbətən daha 
çox istilik sevəndir. Tənbəkinin toxumları 7-8 
0
C temperaturda cücərməyə başlayır. Boy atması və 
inkişafı üçün daha əlverişli temperatur 20-25 
0
C-dir. Tənbəki aşağı temperatura həssas bitkidir, - 2-

0
C – də zədələnir. Bitki daima kifayət qədər nəmliklə təmin olunmaya tələbkardır, hətta qısa 
müddətli su çatışmazlığından xammalın keyfiyyəti pisləşir. Tənbəki üçün gilli qara torpaqlar
qumluca və gilli çimli-podzol torpaqlar ən yaxşı hesab olunur. 
Becərilmə texnologiyası.
Tənbəkinin ən yaxşı sələfləri payızlıq taxıllar, qarğıdalı, 
kökümeyvəlilər, dənli-paxlalılar, çoxillik otlar və tərəvəz bitkiləridir. Tənbəkinin xəstəlik 
törədiciləri və zərərvericiləri eyni olduğundan onu bostan bitkiləri, kartof, günəbaxan və çətənədən 
sonra növbələndirmək olmaz. Tənbəki özü bir çox tarla bitkiləri üçün yaxşı sələfdir.
Bitki torpaq münbitliyinə tələbkardır. Bir ton qurudulmuş yarpaq və gövdə yaratmaq üçün 
tənbəki torpaqdan 24 kq azot, 10 kq fosfor və 35 kq kalium aparır. Hektardan 3,0-3,5 ton quru 
yarpaq və gövdə məhsulu yaxşı hal hesab olunur.
Tənbəkini iki üsulla becərmək mümkündür: şitil və toxum səpməklə. Şitil üsulu böyük 
əhəmiyyət kəsb edir. Şitil yetişdirilməsi və sahəyə köçürülməsi artıq xərc tələb edir. Ancaq onun 
altında su basmış çökək ərazilər, eləcə də struktursuz torpaqlar ola bilər.
Toxumla becərmək (səpmə) yüksəklik ərazilərin yüngül strukturlu torpaqlarında baş tutur. 
Tənbəki şitilləri də tütün şitilləri kimi parnik və torpaq ləklərində becərilir. Parnikdə səpin 
norması bir kvadrat metrə 1,5-2,0 qram, isti ləklərdə 2,0-2,5 və soyuq ləklərdə isə 2,5-3,0 qr/m
2
-dır. 
Səpin qabağı toxumlar zəif formalin məhlulu ilə dərmanlanır və 3-4 gün müddətinə 25-28 
0

temperaturda cücərdilir. Səpin zamanı toxumu təmiz qumla 1:40 nisbətində qarışdırılır. Bir hektara 
tənbəki şitilləmək üçün sortdan asılı olaraq 30-45 m
2
parnik yaxud 45-60 m
2
isti ləklər tələb olunur. 
Şitilliklərə qulluq işləri xüsusən əlverişli temperaturu (18-20 
0
C) saxlamaq, bitkinin seyrəldilməsi, 
2-3 dəfə yemləmə gübrəsinin aparılması, suvarmalar və s. ibarətdir. Sahəyə köçürmək üçün hazır 
olan şitillərdə 5-6 həqiqi yarpaq əmələ gəlir və hündürlük 8-12 sm-ə çatır. Şitilləri parniklərdə 
becərmək üçün 30-35 gün, ləklərdə isə 40-45 gün tələb olunur.
Tənbəki şitillərinin basdırılması (köçürülməsi), yaz şaxtalarından sonra torpağın üst 
təbəqəsinin 10 
0
C isinməsi zamanı erkən müddətdə daha səmərəlidir. 
Şitillər əl ilə yaxud şitilbasdıran maşınlarla cərgəarası 60-70 sm və bitki arası məsafə 25-30 
sm olmaqla basdırılır. Tənbəkinin iri yarpaqlı sortları üçün hektara 60-70 min, orta yarpaqlılar 70-
80 min və xırda yarpaqlılar üçün isə 80-90 min bitki sıxlığı qəbul edilir.
Tənbəki erkən müddətdə yazlıq taxılların səpini ilə bir vaxtda səpilir. Səpin üçün cücərdilmiş 
toxumları quru toxumlarla bərabər nisbətdə istifadə olunur. Səpindən 5-7 gün sonra cücərdilmiş 
toxumlar, lakin 15-18 gün sonra isə quru toxumlar çıxışlar verir. Cücərdilmiş toxumların erkən 
çıxışları şaxtadan güclü əziyyət çəkdikdə, o halda bu yaxşı çıxışların alınmasına imkan verir. 
Maxorka gencərgəli üsulla cərgə araları 60-70 sm olmaqla xususi maşınla yaxud taxıl səpən 
aqreqatlarla səpilir. Səpin norması hektara 2-3 kq, toxumun basdırılma dərinliyi 1 sm-dən artıq 
olmamalıdır. 
Torpaqda qaysaq əmələ gəldikdə çıxışlar alınana qədər rotasiya toxaları ilə dağıdılır. Cərgə 
aralarının ilkin yumşaldılması cücərtilərin əmələ gəlməsinin başlanğıcında 5-6 sm dərinliyində, 
ikinci dəfə birinci becərmədən 8-10 gün sonra 6-8 sm dərinliyində həyata keçirilir. 
Tənbəkinin buketlənməsi (seyrəkləşdirmə üsulu) ikinci həqiqi yarpaqlar əməl gəldikdə 
başlanır. Cərgəarası 60 sm olan gencərgəli səpin zamanı kəsimin eni 20 sm, buketin uzunluğu 10, 
buketin mərkəzləri arası məsafə 30 sm təşkil edir. 2-3 gündən sonra 3-5 yaxşı inkişaf etmiş bitki 
saxlamaqla buket seyrəldilir. Seyrəltmə tamamilə buketləmədən 10-12 gün sonra bitkilərdə 5-6 
yarpaq olduqda hər buketdə bir dənə ən yaxşı bitki saxlanılmaqla həyata keçirilir. Seyrəltmə ilə eyni 
zamanda birinci yemləmə aparılır.
Seyrəltmədən sonra cərgə araları yumşaldılır (2-3 dəfə) və yemləmə gübrəsi verilir. Birinci və 
ikinci cərgəarası becərmədən əvvəl bitkilərin 2-3 aşağı yarpaqları qoparılır.
Qönçələmə dövründə ucvurma, lakin yan zoğlar 5-7 sm uzandıqda biclərin vurulması aparılır. 
Yarpaqları zərif və sallanması ilə xarakterizə olunan tənbəki bir dəfəyə, tam texniki yetişkənlik 


344 
başlayan zaman yığılır. Yetişmiş yarpaqlar özünə məxsus iy verir. Yığım gecikdirilən zaman 
tənbəki yarpaqları payız şaxtasından zədələnə bilər. 
Yetişmiş tənbəkinin daha tez quruması üçün yığıma 3-4 gün qalmışa qədər onun gövdəsini 
yuxarıdan aşağıya doğru ən aşağı hissəsini 5-6 sm uzunluğunda saxlamaqla bitkinin yatmaması 
üçün kəsilir. Qat-qat yığılma qurutma dövrünü 10-12 gün qısaldır və quru maddə itkisini azaldır. 
Tənbəki günəşli quru havada yığılır. Onu kötük saxlamadan dibdən kəsirlər. Kəsilmiş bitkilər 
soluxmaya qədər, yəni yarpaqları yumşalıb və əyən zaman qırılmayana qədər tarlada saxlanılır. 
Tənbəki tarladan quruducu yerlərə daşınır 30-40 
0
C temperaturda 20-24 saat müddətinə 
qurudulur. Yumşaltmaq üçün tənbəki qalağı eni qıraqdan iki bitki uzunluğu qədər, və 50-70 sm 
hündürlüyündə yığılır. Yumşaltmadan sonra tənbəki 25-30 gün yaxşı havalanma gedən yerlərdə 
standart nəmliyə, 35%-ə qədər qurudulur və tədarük məntəqəsinə təhvil verilir. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   402   403   404   405   406   407   408   409   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin