45
olması qida elementlərinin vegetativ orqanlardan reutilizasiyası ilə (birinci növbədə azot, fosfor,
kükürd) - başlıca olaraq yarpaqlardan başlayır. Bununla belə qida maddələrinin axması nisbəti
onların bərabər nisbətdə tənzimləyici orqanlara – dənmeyvələrə, toxumlara, meyvələrə, digər
ehtiyat orqanlarına axması ilə həyata keçir. Vegetativ orqanlar azotla daha çox kasıblaşır, ona görə
də yarpaqlara çilənmiş mineral azot birləşməsi onlar tərəfindən kifayət qədər sürətlə mənimsənilir.
Bitkinin bu qabiliyyətindən buğda dənində zülal və öz maddəsinin (kleykovina) miqdarının
yüksəldilməsi üçün istifadə edilir. Dənin əmələ gəlməsi və dolması dövründə bitki sidik cövhərinin
məhlulu ilə hektara 30-50 kq miqdarında çilənir. Azotun amid forması yarpaqlardan dənə daxil
olaraq onlarda azot birləşmələrinin toplanmasını artırır. Azotla bu cür kökdən kənar yemləmə dən
məhsulunu artırmır, lakin onun keyfiyyəti yaxşılaşır.
Soya bitkisi becərilən zaman maye kompleks gübrələrlə kökdən kənar yemləmələrə daxil olan
azot, fosfor, kalium və kükürd istifadə olunur. Dənə dolma dövründə yarpaqlardan qida
maddələrinin bir hissəsinin generativ orqanlara axması və yarpaqların fotosintetik fəaliyyəti aşağı
endikdə kökdən kənar yemləmələr həyata keçirilir. Kökdən kənar yemləmələrdə mineral qida
elementlərinin nisbəti, toxumlarda onların bərabər nisbəti ilə, yarpaqlarda fotosintezin intensivliyini
bərpa edir və toxum məhsulunu əhəmiyyətli dərəcədə yüksəldir.
Tarla bitkilərinin əkinlərində bioloji aktiv maddələrin tətbiq edilməsi bir qayda olaraq,
bitkilərin boy və inkişafında fizioloji proseslərin pozulması zamanı faydalıdır. Müxtəlif bioloji aktiv
maddələrin tarla bitkilərində istifadə edilməsinin yüksək səmərəsindən elmi ədəbiyyatlarda çoxlu
məlumatlar vardır. Lakin çox hallarda bu effekt səmərəsiz olur.
Tarla bitkilərini becərərkən yerinə yetirilmiş texnoloji əməliyyatlara
yığım
deyilir. Onun əsas
vəzifəsi məhsulun miqdarını və keyfiyyətini minimum itkisiz yığmaqdan ibarətdir. Hər bir bitki
qrupları üçün bu vəzifə özünün texnoloji üsullarının köməyi və öz texnika komplekti (dəsti) ilə həll
edilir. Yığım müddəti və üsulu, bitkinin növündən, onun istifadə məqsədindən, sortun bioloji və
texnoloji xüsusiyyətlərindən asılıdır. Həmçinin hər hansı bitkinin yığımı zamanı ümumi mərhələlər
var: yığım texnikasının hazırlanması və məhsulun ilkin texniki emalı, tarlanın yığıma hazırlanması,
məhsulun saxlanması üçün anbarlar və saxlama yerləri. Bir halda ki, müxtəlif qrup bitkilər və
müxtəlif bitkiçilik məhsulları üçün bu mərhələlər əhəmiyyətli dərəcədə fərqlənirlər, lakin onlar daha
çox təfsilatı ilə dərsliyin müvafiq bölmələrində şərh edilmişdir.
Dostları ilə paylaş: