Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə45/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   41   42   43   44   45   46   47   48   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Qarışıq və birgə əkinlər.
Bu çatışmazlıqları aradan qaldırmaq üçün bitkiçilikdə müxtəlif 
bitkilərin birgə becərilməsi - qarışıq və birgə əkinlər çoxdan istifadə olunur. 
Qarışıq əkinlər
– bu əkində iki yaxud bir neçə bitkilərin toxumları səpin qabağı qarışdırılır, 
yaxud bitkilər eyni sahədə bir-birindən asılı olmayaraq iki dəfəyə əkilir. Əkinin bu üsulu bir qayda 
olaraq yem bitkilərinin becərilməsi zamanı istifadə olunur. Qarışıq əkinlərin məqsədi yemin 
keyfiyyətini yaxşılaşdırmaq, onun tərkibində zülalın miqdarını yüksəltməkdir.
Məsələn, taxıl fəsiləsinin bitkiləri becərilmə şəraitinə az tələbkardırlar və qida elementləri ilə 
zəif təmin olunma zamanı aşağı, ancaq pis keyfiyyətli sabit yem məhsulu verirlər. Paxlalı bitkilər 
əla yem verirlər, lakin onların məhsuldarlığı mineral qida elementləri ilə təmin olunma və 
nəmlikdən yüksək dərəcədə asılıdır və ona görə də stabilliyi daha azdır. Yem bitkilərinin qarışıq 
əkinləri bir qayda olaraq o halda istifadə olunur ki, torpaq-iqlim şəraiti yemlik münasibətinə görə 
bitkilərdən daha qiymətli sabit yüksək məhsul almağa imkan vermir.
Paxlalı bitkilər taxıl bitkilərinə nisbətən becərilmə şəraitinə daha tələbkardırlar. Məsələn, 
çəmən üçyarpağından yüksək məhsul əldə etmək üçün torpağın əkin qatında pH
duz
6-dan az 
olmamalıdır. Turş torpaqlarda üçyarpaq seyrəkləşir və məhsul aşağı enir. Çəmən pişikquyruğu 
kifayət qədər turşuluğa davamlıdır və hətta pH – 4,5 zamanı kifayət qədər sabit məhsul verir.
Çəmən üçyarpağı istifadəsinin ikinci ili əhəmiyyətli dərəcədə seyrəkləşir, bəzən onun 
məhsuldarlığı nəticədə 1,5-2,0 dəfə azalır. Üçyarpaq seyrələn zaman taxıl komponentlərinin ot 


48 
qarışığı güclü inkişaf edir, əlbəttə onun məhsuldarlığı üçyarpağın təmiz səpinindəki məhsuldarlığına 
nisbətən daha kiçik miqdarda aşağı enir. 
Fosfor və kaliumla kifayət qədər təmin olunmayan orta turş torpaqlarda üçyarpaq tərəfindən 
atmosfer azotunun simbiotik təsbit olunması fəallığı aşağı, məhsul isə orta və pis keyfiyyətli olur. 
Bu cür şəraitlərdə yaxşı əhənglənmiş torpaqlara nisbətən üçyarpaq güclü seyrəkləşir və üçyarpaq-
pişikquyruğu qarışığı bu bitkilərin təmiz əkinlərinə nisbətən daha yüksək məhsul verir.
Zəif mədəniləşdirilmiş münbitliyi az olan torpaqlarda taxıl otları qarışığının komponenti 
sığorta bitkisi kimi çıxış edir, məsələn, nə qədər ki, pişikquyruğu becərilmə şəraitinə daha az 
tələbkardır və harada ki üçyarpaq pis inkişaf edir, orada qənaətbəxş məhsul verir. Eyni zamanda ot 
qarışığında üçyarpağın mövcud olması taxıl otları komponentində (tərkib hissəsi) yemin 
keyfiyyətini yaxşılaşdırır.
Çoxillik təcrübə göstərir ki, paxlalı-taxıl otları qarışığının məhsulu və yemin keyfiyyəti 
komponent qarışığının tərkibindən asılıdır. Taxıl otlarının bəzi növləri paxlalılar komponentini 
güclü surətdə boğurlar, nəticədə onun məhsuldarlığı və onunla birlikdə yemin keyfiyyəti aşağı enir. 
Komponentləri uyğun gələn belə ot qarışığı daha çox məhsul verirlər. 
Birgə əkinlər
– bu eyni tarlada bitkilərin cərgələrdə yaxud zolaqlarda növbə ilə iki və daha 
çox bitki növlərinin əkilməsidir. Səpindən qabaq bitkilərin toxumları qarışdırılmır, lakin təkbətək 
əkilir. Məsələn, qarğıdalı ilə soyanın birgə səpini zamanı bir aqreqatla qarğıdalı, digəri ilə soya 
səpilir.
Birgə əkinlərin məqsədi qarışıq əkinlərdə olduğu kimi yemin keyfiyyətini yüksəltməkdən 
ibarətdir. 
Birgə
əkinlərin 
qarışıq
əkinlərdən əsas üstünlüyü ondan ibarətdir ki, birinci gübrənin 
verilməsi və əkinlərə qulluq işlərini fərqləndirməyə imkan verir. Məsələn, qarğıdalının soya ilə 
zolaqlı üsulla birgə səpini zamanı qarğıdalı altına azot gübrəsi vermək olar, soyanı isə onsuz 
səpmək lazımdır. Qarğıdalını qulluq işləri prosesində mineral azotla yemləndirmək olar, lakin 
azotla yemləmə vermədən soyanın azotu müştərək təsbit etməsi qabiliyyətindən istifadə etməklə 
onu yetişdirmək mümkündür. Alaqlara qarşı mübarizə məqsədilə qarğıdalı altına 
triazn
qrupu, 
ancaq soya altına isə 
treflan
herbisidlərini tətbiq etmək olar. Bu bitkilərin qarışıq əkinlərində 
göstərilən herbisidlərin tətbiq edilməsi qeyri mümkündür.
Toxumları müxtəlif irilikdə olan bitkilərin qarışıq əkinləri zaman məsələn soya ilə sorqo
toxumluq yeşikdə (qutu) toxumun təmizlənməsi baş verir və səpin hamar (düz sıra) alınmır. Birgə 
səpin zamanı isə bu çatışmazlıq aradan qaldırılır.
Birgə zolaqlı səpin zamanı bitkilərin bir-birinə neqativ təsirləri az olur, təxminən son dərəcə 
bir-birini kölgələndirmir. Hətta, birnövlü təmiz əkinlərə nisbətən gövdələrinin hündürlüyü müxtəlif 
olan bitkilərin əkini zamanı hündür gövdəli bitkilər daha yaxşı işıqlanırlar və bir bitkinin kütləsi 
daha çox olur. Qısa gövdəli komponentlər bir qədər kölgələnmə hiss edirlər, ancaq onlar qarışıq 
əkinlərə nisbətən olduqca zəif olurlar. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin