49
verir. Bununla əlaqədar olaraq yüngül torpaqlarda çöl noxudu ilə arpanın qarışığı, lakin orta və ağır
torpaqlarda səpin noxudu vələmirlə yaxud səpin gülülü vələmirlə daha çox uyğunlaşır.
Eləcə də bitkilər
torpaq məhlulunun reaksiyasına
müxtəlif tələbat göstərirlər. Çoxillik paxlalı
otlar içərisində üçyarpaq və qurdotu xüsusən turşuluğa davamlı bitkilərdir və hətta pH
duz
4,5-4,8-də
qənaətbəxş
məhsul verir, pH
duz
optimal səviyyəsi bu bitkilər üçün 5,0-6,5-dir. Çəmən üçyarpağı
üçün turşuluğu daha az olan torpaqlar zəruridir, lakin yoncanı ümumiyyətlə pH
duz
6 və daha aşağı
turşuluqda səpmək məsləhət görülmür.
Taxıl otları həmçinin torpaqların turşuluğu reaksiyasına görə də fərqlənirlər. Məsələn,
pişikquyruğu olduqca turş torpaqlarda kifayət qədər quru ot məhsulu verir. Çəmən yulafı turşuluğu
daha az olan, lakin qılçıqsız tonqalotu isə neytral torpaqlara tələbkardır. Bununla əlaqədar olaraq
turş torpaqlarda üçyarpaq-pişikquyruğu, lakin neytral torpaqlarda isə yonca-tonqalotu qarışığının
istifadə edilməsi daha yaxşıdır.
Ot qarışığını
tərtib edən zaman
qrunt suyunun səviyyəsini
nəzərə almaq lazımdır. Məsələn,
qrunt suyunun yerləşmə dərinliyi bir metrdən azdırsa, yonca zəif bitir və tez seyrəkləşir, lakin əgər,
hətta qrunt sularının dərinliyi torpağın əkin qatından bir qədər az olsa da sürünən üçyarpaq əla bitir.
Komponentlər qarışığını
seçən zaman habelə
bitkilərin fotoperiodizmini
nəzərə almaq
lazımdır. Uzun gün bitkiləri bir qayda olaraq, nəmliklə təmin olunmaya daha tələbkardırlar, ona
görə də onları daha erkən müddətdə səpmək lazımdır, onlar nisbətən soyuğa davamlıdırlar, əkin
gecikən zaman onların məhsuldarlığı aşağı enir. Daha çox istilik sevən bitki kimi qısa gün bitkiləri
torpağın əkin qatı 8-10
0
C qızdıqda səpilir. Bu bitkilər inkişaflarının ilk fazasında nəmlik
çatışmamağına davamlıdırlar, ona görə də onları daha gec müddətlərdə səpmək olar.
Fotoperiodizmi müxtəlif olan bitkilər komponentlərin qarışığı kimi (məs. soya və vələmir, noxud və
qarğıdalı) bir araya sığmır. Bir çox hallarda səpinləri müxtəlif müddətlərdə aparmaqla onları
uyğunlaşdırmağa çalışırlar. Lakin texnoloji
planda az qəbul olunan, qarışıq yaxud birgə əkinlər
iqtisadi cəhətdən səmərəli deyildir.
Fotoperiodizmləri oxşar olan qarışıq yaxud birgə əkinlər – vələmir və gülül, qarğıdalı və soya,
sorqo və soya yaxşı keyfiyyətli yaşıl kütlə məhsulu verir.
Komponentlərin qarışığını seçən zaman
mühüm amillərdən biri də
Dostları ilə paylaş: