Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Tapşırıq və yoxlama sualları -9



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə50/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   46   47   48   49   50   51   52   53   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Tapşırıq və yoxlama sualları -9
1. Proqramlaşdırılmış məhsul nədir? 
2. Tənzimlənməsi mümkün olan xarici mühit amillərini göstərin. 
3. Məhsulun proqramlaşdırılması zamanı yalnız hansı amilləri nəzərə almaq lazımdır? 
4. Planlaşdırılmış məhsulun səviyyəsini müəyyən edən əsas amilləri göstərin. 
FƏSİL 10. EKOLOJİ TƏMİZ KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ 
 İSTEHSALININ ENERJİQORUYUCU TEXNOLOGİYAYALARININ MODELLƏRİ 
 
Ətraf mühitin – torpağın, havanın və qrunt sularının çirklənməsi miqyasının artması ilə insan 
və heyvanlar üçün ekoloji təmiz məhsul istehsalı daha da mürəkkəb problemə çevrilir. Problemin 
həlli üçün bitkilərin fiziologiyası və biokimyası, torpaq kimyası və torpaqda zərərli maddələrin 


54 
ionlarının hərəkəti, onların bitkilərə daxil olması və bitkilərdə ferment kompleksinin pozulması üzrə 
xüsusi biliklər tələb olunur. 
Bu fəsildə texnologiyalar deyil, ekoloji təmiz texnologiyaların sxemləri, modelləri təqdim 
edilir. Onlardan istifadə edərək aqronom hər hansı bitkinin (becərilən bitkinin biologiyası, sort, 
konkret tarlanın ekoloji vəziyyəti nəzərə alınmaqla) ekoloji təmiz məhsulunun əldə olunmasını 
təmin edən kompleks ekoloji üsulları hazırlayıb tətbiq edə bilər. 
Bitkiçilik məhsullarının 
ekoloji təmiz istehsal texnologiyası
ekoloji mühitin bioloji 
tarazlığının pozulmasına səbəb olan torpağın, səth və qrunt sularının, havanın toksiki maddələrlə 
çirklənməsinin istisna edilməsini nəzərdə tutur. Sözsüz ki, gələcək dövrlərdə ekoloji kənd 
təsərrüfatı aparıcı istehsal istiqaməti kimi geniş tətbiq tapacaq. 
Enerjiqoruyucu texnologiya 
məhsul vahidinin istehsalına təbii enerji və canlı əmək resursları 
sərfinin azaldılmasını nəzərdə tutur. Bu texnologiya bir neçə texnoloji əməliyyatın (yumşaldılma, 
hamarlama, tapanlama; üzləyici aqreqatla bir vaxtda səpin aparılması və gübrə verilməsi, toxumun 
səpilməsi və sahənin tapanlanması) eyni vaxtda aparılmaqla enerji resurslarına qənaət edilməsinə 
imkan yaradır. Əməliyyatların birləşdirilməsi onların ayrı-ayrı yerinə yetirilməsinə nisbətən enerji 
sərfinin cəmini 10-30% aşağı salır. Lakin sözün əsl mənasında həqiqi enerjiqoruyucu bitkiçilik 
istehsal texnologiyası sözü altında iki dəfəyə qədər ümumi enerji sərflərini azaldan bioloji azotun 
maksimal səviyyədə istifadəsinə əsaslanan texnologiyalardır. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin