Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə6/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   2   3   4   5   6   7   8   9   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

idarə 
olunmasıdır.
Həm də istehsal edilən məhsul mümkün qədər ucuz başa gəlməlidir. Buna nail olmaq 
üçün daha məhsuldar sort və hibridlər yaradılaraq becərilməlidir. Növbəli əkində əlverişli 
sələflərdən sonra becərməklə də məhsuldarlığı artırmaq və məhsulun keyfiyyətini yaxşılaşdırmaq 
mümkündür. Məhsulun miqdar və keyfiyyətini yüksəltmək üçün torpağın becərilməsinin, 
gübrələmənin, suvarmanın, səpin və əkinə qulluq işlərinin ən əlverişli variantlarından istifadə 
edilməlidir. 
Bitkiçilik digər elmlərin - fizika, kimya, botanika, bitkilərin fiziologiyası, geologiya, 
torpaqşünaslıq, metereologiya, əkinçilik, aqrokimya, meliorasiya, seleksiya, toxumçuluq, kənd 
təsərrüfatı maşınları, entomologiya, fitopatologiya, iqtisadiyyat və s. nailiyyətlərindən də istifadə 
etməklə öz nəzəri əsaslarını yaradır. 
Bitkiçilik elmi öz tədqiqatlarını 
tarla və vegetasiya təcrübələri
qoymaqla aparır. 
Tarla təcrübələrindən ayrı-ayrı aqrotexniki tədbirlərin müqayisə edilməsi yolu ilə ən 
əlverişlisi müəyyən edilir. Tarla təcrübələrində müxtəlif sortlar da müqayisəli öyrənilir və ən yaxşı 
sort seçilir. Tarla təcrübələri bir və ya çox faktorlu ola bilər. Tarla təcrübələrində hər hansı 
aqrotexniki tədbirlərin ən əlverişlisi olduğunu müəyyən etdikdən sonra istehsalat təcrübələri 
aparılır. Elmi-tədqiqat müəssisələri və aqrar universitetlərin əməkdaşları tərəfindən aparılan 
istehsalat təcrübələri yeni elmi nailiyyətin təsərrüfatda tətbiq edilməsinə xidmət edir. 
Bitkiçilikdə bəzi məsələlər (fizioloji, aqrokimyəvi və bioloji) vegetasiya evlərində, 
istixanalarda qoyulan təcrübələrdə (vegetasiya təcrübələri) öyrənilir. 
Xarici şərait amillərinin bitkilərə təsirini öyrənmək üçün süni iqlim kameralarından (fitotron) 
istifadə edilir. Fitotronda istilik, nəmlik və s. avtomatik idarə edilməklə istənilən tərzdə dəyişdirilə 



bilər. Tarla və vegetasiya təcrübələrində alınan nəticələri dərindən təhlil etmək üçün məhsulun 
kimyəvi tərkibi, torpağın nəmliyi, torpaqda qida maddələrinin miqdarı laboratoriyada təhlil edilir. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin