66
Beləliklə pestisidlərdən azad bitkiçilik məhsullarını istehsal etmək üçün zərərli orqanizmlərə
qarşı (zərərverici, xəstəlik, alaq otları) maksimal dərəcədə aqrotexniki və bioloji mübarizə
üsullarından istifadə etmək lazımdır, torpağın davamlı pestisidlərlə çirklənməsini bilmək məqsədilə
tarlaların müayinəsi aparılmalı; çirklənmiş sahələrdə bitkilər yalnız toxum və texniki məqsədlər
üçün becərilməlidir. Pestisidlərin istifadəsinə zərurət yarandıqda parçalanma dövrü qısa və bitkidə
toplanmaq xüsusiyyətinə malik olmayan preparatlar istifadə edilməlidir.
Dostları ilə paylaş: