70
Mineral gübrənin verilməsində oxşar enerji sərfi nəzərə alınmalıdır (cədvəl 23). Ən aşağı enerji
sərfi zamanı daha artıq məhsul almaq üçün bitkinin bioloji tələbatını ayrı-ayrı qida elementləri ilə
təmin olunma səviyyəsini və torpaqda mütəhərrik qida elementlərinin miqdarı nəzərə alınmalıdır.
Əkin tarlasından istifadə edən zaman planlaşdırılmış məhsul və 1 ton quru otla aparılan qida
elementləri (ümumi azot, fosfor və kalium hesaba alınmaqla) müəyyən edilməlidir. Torpaq
münbitliyinin səviyyəsindən asılı olaraq fosfor və kaliumun qaytarılması, əkinlərin bütün istifadəsi
dövründə eləcə də gübrə norması hesablanır. Fosforlu və kaliumlu gübrələr payız şumu altına
verilir. Əkinlərin illər boyu istifadə edilməsi zamanı məhsulla çoxlu miqdarda kalium aparilir.
Xlor tərkibli gübrələrin yüksək normada birdəfəlik verilməsi demək olar torpağın mikrobioloji
fəaliyyətinə mənfi təsiri edir, lakin həmçinin xlorun hesabına kalsium kationunun yuyulması onun
turşuluğunu artırır.
Ona görə də əsas gübrə kimi dondurma şumu altına kaliumun iki illik dozası verilir, lakin
üçüncü ildən başlayaraq kaliumla yüngül (səthi) payız yemləməsi həyata keçirilir. Payızda və yazda
yenidən nəmlənmə hesabına xlor ionları əkin qatından yuyulur, lakin kalium kationu yenidən 3-6
sm hərəkət edir və kök sistemi üçün əl çatan olur. Taxıl otlarına gübrə verilməsi və biçinlər üzrə
azot gübrəsi ilə yemləmənin aparılması, eləcə də paxlalı bitkilər altına mikroelementlərin və
rizotorfinin tətbiqi texnoloji xəritədə nəzərə alınır.
Digər mineral gübrələrin istehsalına nisbətən, azot gübrəsi istehsalına enerji sərfi əhəmiyyətli
dərəcədə yüksəkdir. Deməli pişikquyruğunu becərən zaman enerji sərfi 80%, lakin qılçıqsız
tonqalotunun becərilməsi zamanı isə 83% təşkil edir. Makro və mikroelementlərlə kifayət qədər
təmin olunmuş və optimal torpaq reaksiyasında (pH) paxlalı bitkilər altına azot gübrəsi verilmir,
onlar azotu havadan smbiotik yolla, yəni müştərək təsbit olunma hesabına alırlar. Ona görə də
çəmən üçyarpağı əkinlərinin 2 illik istifadəsində 50 QColenerji, yonca 5 ildə 170 QCol, ancaq
çəpişotu 20 ildə 900-dən çox QCol/ha qənaət olunur. Əhəngləmə, üçyarpq və yonca altına fosfor –
kalium gübrəsinin verilməsi, bu enerji sərfinə üstün gəlir, lakin çəpişotunun becərilməsi zamanı
onları iki dəfə ötüb keçir.
Toxum istehsalına enerji sərfi, toxumun səpin norması və kimyəvi tərkibi nəzərə alınmaqla
hesablanır. Bir ton kilometrə görə gübrələrin, toxumun və əlavə məhsulların daşınmasına enerji
sərfi, yanacaq, amartizasiya və canlı əmək xərcləri nəzərə alınmaqla hesablanır. Bir ton kilometrə
enerji sərfi orta hesabla 40 MCol qəbul edilir.
Ayrı-ayrı işlərə sərf olunan enerji sərfləri nəzərə alınmaqla məhsul istehsalına sərf olunan cəmi
enerji hesablanır (cədvəl 24).
Cədvəl 24
Dostları ilə paylaş: