Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Tapşırıq və yoxlama sualları -13



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə73/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   69   70   71   72   73   74   75   76   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Tapşırıq və yoxlama sualları -13
1.
Toxumçuluq və toxumşünaslıq elmi, bir elm kimi nəyi öyrənir? 
2.
Toxumun tənəffüs intensivliyi nədən asılıdır? 
3.
Tonumun yığımdan sonra yetişməsinin mahiyyəti nədən ibarətdir (nədədir)? 
4.
Toxumun ekoloji keyfiyyətliliyini necə artırmaq
olar? 
5.
Toxumun matrikal keyfiyyətliliyi nə ilə şərtlənir? 
6.
Cücərmə enerjisinin, laboratoriya cücərməsinin, böyümə gücünün, həyat qabiliyyəti, 
toxumun təmizliyinin müəyyən edilməsinə aydınlıq gətirin. 
7.
Toxumun səpin yararlığı nədir? 
8.
Səpin müddəti, səpin norması, gübrələmə, yığım müddətləri və üsulları toxumun səpin 
keyfiyyətinə necə təsir edir? 
9.
Toxumun nöqtəvi nümunəsi nədir? 
10.
Birləşmiş nümunə necə formalaşır? 
11.
Toxumun sinfi hansı göstəricilərinə görə təyin edilir? 
12.
Saxlama yerlərinə dənlər hansı nəmlikdə qoyulur (yığılır)? 
13.
Örtük əmələgətirən tərkib nə üçün istifadə olunur? 
14.
Toxumun havada qızdırılması hansı hallarda həyata keçirilir? 
15.
Hansı bitkinin toxumları səpin qabağı dənəvərləşməyə məruz qalır? 
16.
Toxumun stratifikasiyası nə üçün həyata keçirilir? 
 
 
II HISSƏ. TARLA BİTKİLƏRİNİN NÖV TƏRKİBİ, BİOLOJİ XÜSUSİYYƏTLƏRİ VƏ
BECƏRİLMƏ TEXNOLOGİYASI 
 
FƏSİL 14. QIRTICKİMİLƏR FƏSİLƏSİNİN DƏNLİ TAXIL BİTKİLƏRİ 
 
Tarla bitkiləri içərisinda əsas məhsulu dən olan dənli taxıl bitkilərinin əhəmiyyəti daha 
böyükdür. Bunlara buğda, çovdar, arpa, vələmir, tritikale, çəltik, qarğıdalı, sorqo, darı və 
Polygonaceae
ailəsinə mənsub olan qarabaşaq (qaradarı) aiddir. 
Dünya əkinçiliyində dənli taxıl bitkiləri aparıcı yerlərdən birini tutur və onlar müxtəlif 
istiqamətlərdə tətbiq edilməsinə və yüksək dəyərliliyinə görə yer kürəsi əhalisi üçün mühüm 
əhəmiyyət kəsb edir. Çörək istehsalında geniş tətbiq olunan dənin tərkibində zəruri qida maddələri – 
zülallar, yağlar, vitaminlər, mineral maddələr vardır. Dən qənnadı, nişasta, dekstrin, spirt çəkmə və 
pivə bişirmə sənaye sahələri üçün xammal mənbəyidir. Dənli taxıl bitkiləri heyvandarlıqda dən, 
qarışıq yem və kəpək formasında yem qarışığı kimi istifadə edilir. Eləcə də küləşi və püfəsi 
heyvandarlıqda yem kimi tətbiq olunur.


87 
Dən istehsalının artırılması taxıl probleminin müvəffəqiyyətlə həllinə, əhalinin müxtəlif 
ərzaq məhsulları ilə təmin edilməsinə, heyvandarlıq məhsullarının yüksəldilməsinə və zəruri dövlət 
taxıl ehtiyatı fondu yaradılmasına imkan verir.
Son dövrlərdə Azərbaycanda dənli taxıl bitkilərinin əkin sahəsi artırılaraq (2008-ci il) 897 
min hektara çatdirilmışdır ki, bu da yer kürəsində buğdanın əkin sahəsinin 0,5%-ə qədərini təşkil 
edir. Elmi nailiyyətlərin kənd təsərrüfatında tətbiqi, yeni yüksək məhsuldar taxıl sortları, yüksək 
istehsal gücünə malik texnikadan istifadə, mineral gübrələr və kimyəvi mühafizə vasitələrindən 
istifadə ümumi məhsul istehsalı və məhsuldarlığı artırmağa imkan verir, lakin bunlar hamısı hələlik 
aşağı səviyyədə qalmaqdadır. 
Cədvəl 32 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin