Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə76/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   72   73   74   75   76   77   78   79   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012


1a 
1b 








91 
Gövdənin orta hissəsində buğumarası daha yoğun, aşağı və yuxarıdakılar isə ən kiçik olur. 
Gövdənin möhkəmliyi mexaniki toxumanın tərkibindən asılıdır. Aşağı buğumarası nə qədər qalın 
olarsa o qədər də möhkəm olar və dənli taxıl bitkilərinin yatmaya qarşı davamlılığı daha yüksək 
olar. Dənli taxıl bitkilərinin gövdəsi qol-budaq atmaq qabiliyyətinə malikdir, aşağı yerüstü 
buğumundan yan gövdə budaqları və ikinci mənşəli köklər əmələ gətirir. 
Əsas gövdənin və bütün yan budaqların buğumlarından yarpaq əmələ gəlir. Taxıl bitkilərinin 
yarpağı yarpaq qınından və ayasından ibarətdir. Qın yarpaq buğumu vasitəsi ilə gövdənin 
buğumuna birləşir, ön tərəfi şırımlı, boru kimi gövdəni əhatə edir, ona möhkəmlik verir, mexaniki 
zədələnmədən qoruyur və bitki yerə yatan zaman yardım edir.
Yarpağın ayası lanset formalı, hamar səthli, tam kənarlıdır. Qının ayaya keçdiyi hissədə arxa 
tərəfdə dilçə (
ligula
) adlanan bir ədəd yarımşəffaf pərdə, ön tərəfdə isə qulaq, yaxud buynuzcuq 
(
auricula
) adlanan iki çıxıntı vardır. Dilçənin vəzifəsi gövdə ilə yarpaq qını arasına müxtəlif 
zərərvericilərin və su keçməsinin qarşısını almaqdan, qulaqcıqlarınkı isə yarpağı gövdəyə 
bərkitməkdən ibarətdir. Bu üzvcüklər müxtəlif formada və müxtəlif irilikdə olduqlarına görə boruya 
çıxma fazasından sünbülləməyə qədər olan dövrdə birinci və ikinci qrup dənli taxıl bitkilərini biri-
birindən fərqləndirmək üçün əsas əlamətlərdən hesab edilirlər. 
Buğda, çovdar və arpada dilçə ensiz, kənarı zəif dişlidir, vələmirdə enli üçbucaq formalı, 
kənarı kəskin dişlidir. Buğdada qulaqcıqlar xırda, sivri nəhayətli kirpiklidir, çovdarda küt nəhayətli 
kirpiksizdir və tez tökülür, arpada güclü inkişaf etmiş biri digərinin üzərinə keçir, kirpiksiz, yarım 
ay formalıdır, vələmirdə olmur. 
Yarpaqların ölçüləri və miqdarı bitkidən, sortdan və becərilmə şəraitindən asılı olaraq kifayət 
qədər tərəddüd edir. 
Dənli taxıl bitkilərindən buğdada, çovdarda, arpada və tritikaledə çiçək qrupu sünbül, 
vələmirdə, çəltikdə, darıda və sorqoda süpürgədir. Qarğıdalı digər taxıllardan fərqli olaraq iki 
formalı çiçək qrupu əmələ gətirir ki, onlardan da biri gövdənin və budaqların nəhayətində süpürgə, 
digəri yarpaq qoltuqlarında qıca təşkil edir.
Sünbülün əsasını bir-birinə bitişmiş əyri, yaxud düz üzvcüklərdən ibarət olan sünbül oxu 
təşkil edir. Üzvcüklərin nəhayətində xırda pillələr (dirsəklər), onların üzərində isə sünbülcüklər 
əmələ gəlir. Normal şəraitdə buğda, çovdar və tritikalenin hər bir pilləsində bir, arpanınkında isə üç 
sünbülcük olur.
Süpürgənin əsas oxu yan budaqlara, onlar da ikinci, üçüncü və dördüncü dərəcəli budaqlara 
ayrılır. Sünbülcüklər budaqcıqların üzərində, yaxud nəhayətində yerləşir. Sünbülcüyün quruluşu 
bütün taxıllarda eyni olmaqla ən xaricdən iki sünbülcük pulcuğu ilə əhatə edilir. Cins əlaməti olaraq 
taxıllarda sünbülcük pulcuqları müxtəlif dərəcədə inkişaf edir. Bu pulcuqların arasında, yaxud 
altında çiçəklər yerləşir. Becərilmə şəraiti və bitkilərin xüsusiyyətindən asılı olaraq sünbülcükdə 1-
2-5-7 və daha çox çiçək əmələ gəlir. Hər bir çiçək iki çiçək pulcuğu ilə əhatə olunur. Onlardan 
çiçəyi xaricdən əhatə edənə xarici çiçək pulcuğu, yaxud aşağı pulcuq, daxildən örtənə daxili çiçək 
pulcuğu, yaxud yuxarı pulcuq deyilir. 
Aşağı pulcuq iri, nisbətən qaba, qabarıq, hamar səthli, yuxarı pulcuq nazik, zərif və düz, 
uzununa ikitillidir. Dənli taxıl bitkilərinin çiçəkləri iki cinslidir (qarğıdalıdan başqa). Hər çiçəkdə üç 
erkəkcik (çəltikdə altı erkəkcik) və bir dişicik olur.
Erkəkcik - saplaqdan, toz kisələrindən (tozcuqlardan) və kisələrin içərisindəki tozcuqlardan, 
dişicik – yumurtalıqdan, sütuncuq və ikihaça ağızcıqdan ibarətdir. Yumurtalığın əsasında 
lodicula
adlanan iki ədəd şəffaf pərdə vardır. Çiçəkləmə zamanı lodikulalar qabararaq çiçəyi genişləndirir, 
tozcuqların yumurtalığa daxil olması üçün şərait yaradır.
Dənli taxıl bitkiləri öz-özünü tozlama qabiliyyətinə malikdir (qarğıdalıdan başqa), lakin 
çarpaz da tozlanırlar. Çarpaz tozlanma külək vasitəsi ilə gedir. 
Dənli taxıl bitkilərinin meyvəsi eyni zamanda toxum hesab olunur və dən adlanır. Hər 
meyvədə yalnız bir dən əmələ gəlir. Əksər taxıllarda (arpada, çəltikdə, darıda və s.) dən öz 
pulcuqları ilə kip əhatə olunaraq tez yetişdikdən sonra da ondan çətin ayrılır. Belə dənlər pərdəli, 
yaxud örtüklü, pulcuqlarından asan ayrılanlara isə (buğda, çovdar, qarğıdalı) çılpaq dən deyilir.


92 
Dənin əsasında (çılpaq vəziyyətdə) kürək tərəfinə bir qədər çəp vəziyyətli, dırnağa bənzər, 
azacıq basıq, yaxud zəif qabarıq rüşeym yerləşir. Buğda, arpa. çovdar, tritikale və vələmir dəninin 
qarın tərəfində taxılların cinsindən asılı olaraq az-çox dərəcədə dərinliyə malik olan şırım vardır. 
Buğda, çovdar, tritikale və vələmir dəninin nəhayətində kəkil adlanan xırda tükcüklər olur.
Dənin kütlə və həcmcə az hissəsini buğdada, çovdarda, arpada və tritikaledə 2,0-2,5%-ni, 
vələmirdə 3%-ni, qarğıdalıda 12%-ə qədərini 
rüşeym
təşkil edir ki, bu da gələcək bitkinin bünövrəsi 
olan rüşeym kökcüyünə və gövdəyə diferensiasiya olunur. Lakin bu hissələr toxum cücərənə qədər 
çox xırda və başlanğıc halında olduğu üçün adi gözlə çətin seçilir. Rüşeymdə qida maddələri də 
toplanır. Dənin kütləcə əsas hissəsini (70-85%) 
endosperm
təşkil edir və ehtiyat qida maddələrindən 
ibarət olduğu üçün toxum cücərən zaman onu qida ilə təmin edir. Endosperm aleyron qatı adlanan 
xarici və dənin unlu hissəsini təşkil edən daxili təbəqədən ibarətdir. Aleyron təbəqəsi toxum qılafına 
sıx yapışan qalın divarlı, tünd sarı rəngli zülaldır ki, buğdada, çovdarda, tritikaledə və vələmirdə bir 
cərgə, digər taxıllarda (arpada 3-5 cərgə) bir neçə cərgə olur. Onun hüceyrələrində nişasta olmur, 
lakin, dənin cücərməsinə köməklik göstərən fermentlər və zülali maddələrlə zəngindir. Aleyron 
təbəqəsinin alt hissəsində, yəni endospermin qalan hissəsi nişasta dənələrindən və bunların 
arasındakı boşluqları dolduran sarımtıl-darçını rəngli zülaldan ibarətdir. Nişasta dənələrinin 
arasındakı boşluqlar və hüceyrələrin arası zülalla tam dolduqda dən bərk şüşəvarı, nişasta çox 
olduqda isə yumşaq, yaxud unvarı adlanır. Rüşeym ilə endosperm arasında yerləşən qalxancıq bu 
iki hissəni bir-birindən ayırır, lakin əsas vəzifəsi toxum cücərən zaman endospermdə olan qida 
maddələrini soraraq cücərtiyə ötürməkdir.
Meyvə və toxum qılafı dənin kütləsinin 5-7%-ni təşkil edir, onu xarici şəraitin təsirindən və 
göbələk xəstəliklərinin törədicilərindən qoruyur. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin