Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə77/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   73   74   75   76   77   78   79   80   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Dənin kimyəvi tərkibi.
Dənli taxıl bitkilərinin dəninin tərkibində su, üzvi və mineral 
maddələr, eləcə də fermentlər və vitaminlər vardır.
Cədvəl 36 
Dənli taxıl bitkilərinin kimyəvi tərkibi (%-lə)
(ümumiləşdirilmiş məlumat) 
Bitkilər
Zülallar 
Sulu karbonlar 
Yağlar
Kül
Sellüloza
Yumşaq buğda
13,9 
79,9 
2,0 
1,9 
2,3 
Bərk buğda 
16,0 
77,4 
2,1 
2,0 
2,4 
Çovdar 
12,8 
80,9 
2,0 
2,1 
2,4 
Arpa
12,2 
77,2 
2,4 
2,9 
5,2 
Vələmir 
11,7 
68,5 
6,0 
3,4 
11,5 
Qarğıdalı 
11,6 
78,9 
5,3 
1,5 
2,6 
Çəltik 
7,6 
72,5
2,2 
5,9 
11,8 
Dvrı 
12,1 
69,8 
4,5 
4,3 
9,2 
Qarabaşaq 
13,1 
67,8 
3,1 
2,8 
13,1 
Dənin tərkibi sortdan, cücərmə şəraitindən və becərilmə texnologiyasının səviyyəsindən asılı 
olaraq dəyişə bilər. Dənin tərkibi 36 saylı cədvəldə verilir. 
Dənin tərkibində bu və ya digər miqdarda daima 
su
ola bilər. Suyun miqdarı bitkidən, onun 
anatomik xüsusiyyətindən, hidrofil kolloidlərin miqdarından, yetişkənlik dərəcəsindən, yığım və 
saxlama şəraitindən asılıdır. Dəndə su aşağıdakı növlərdə ola bilər: 

kimyəvi rabitəli
su müəyyən kəskin nisbətdə maddə molekullarının tərkibində olur. Belə 
suyu ayırmaq (seçmək) üçün yalnız qızdırmaq yaxud kimyəvi təsir etməklə mümkündür, bu halda 
dənin tərkibində olan maddələrin quruluşunun pozulması baş verir; 

fiziki-kimyəvi rabitəli
su dənin tərkibində müxtəlifdir, adsorbsiya rabitəli, osmotik udulma 
strukturlu su, müəyyən kəskin nisbətdə bu formaya aiddir. Hidrofil kolloidlər tərəfindən 
adsorbsiya olunmuş su molekulları həlledicilik xassəsini itirir, kimyəvi reaksiyalarda iştirak etmək 
üçün yerini asan dəyişə bilmir və ona görə də fizioloji proseslər minimuma enir


93 

mexaniki rabitəli 
su dəndə mikro- və makrokapillyarlarda yerləşir. O adi suyun bütün 
xassələrini özündə daşıyır və sərbəst su adlanır, qurutma zamanı asan kənarlaşır. 
Qurudulma zamanı dəndən ayrılmış su, fiziki rabitəli və sərbəst su da daxil olmaqla 
hiqroskopik adlanır. 
Təbii-iqlim şəraitindən asılı olaraq müxtəlif bitkilərin yığımı zamanı dənin nəmliyi 10-30% 
və daha artıq intervalda tərəddüd edir. Nəmliyi yüksək olan dən qurudulur və onun nəmliyi 14-
15%-ə çatdırılır. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin