95
və s.) bitkilərinə bölünürlər. Vegetasiya dövrünün uzunluğuna torpaq-iqlim şəraiti, sort
xüsusiyyətləri və digər faktorlar güclü təsir göstərir.
Dənli taxıl bitkiləri payızlıq, yazlıq və yazlıq-payızlıq formalara ayrılır. Payızlıqlar - bu
taxıllar inkişaflarının başlanğıc dövründə yarovizasiya mərhələsini keçirmək üçün 20-50 gün
müddətində alçaq -1
0
C-dən +10
0
C temperatur tələb edirlər. Ona görə də onları payızda davamlı
şaxtaların düşməsinə 50-60 gün qalmış səpirlər, məhsul isə növbəti ili alınır. Yaz səpinində bitki
adətən kollanır, gövdə və sünbül əmələ gətirmir.
Yazlıq formalar yarovizasiya mərhələsini keçirmək üçün 7-20 gün ərzində daha yüksək 5-
20
0
C temperatur tələb edirlər, ona görə onları yazda səpirlər və həmin ili də məhsulu yığılır.
Yazlıq-payızlıq formaların yarovizasiya mərhələsi 3-5
0
C temperaturda keçir. Bu formaların
sortları payız və yaz səpinlərində normal inkişaf edərək məhsul verirlər.
Dənli taxıl bitkilərinin yuxarıda göstərilən üç bioloji formalara bölünməsi şərtidir, lakin bu
formalardan istifadə edilməsi istehsalatda böyük əhəmiyyət kəsb edir və yaz dövründə və yığım
zamanı gərgin zəhmətin azalmasına imkan yaradır.
Cədvəl 37
Dostları ilə paylaş: