97
fermentinin təsiri ilə endosperm hüceyrələrinin divarı (hemisellüloz) həll olur.
İnvertaza
fermentinin təsiri ilə qamış şəkəri qlükoza və fruktozaya çevrilir.
Lipaza
fermentinin təsirindən
yağlar hidroliz olunaraq qliserinə və yağ turşusuna parçalanır.
Proteaza
fermentinin iştirakı ilə
zülali maddələr parçalanaraq ammonyak və amin turşularına çevrilir. Bunlar da karbon
birləşmələrinin təsiri ilə asparaginə çevrilir. Amin turşularından, asparagindən, azotsuz
maddələrdən cücərtinin hüceyrələrində və toxumalarında yeni azotlu birləşmələr əmələ gəlir. Yəni
köhnə toxumalarda üzvi birləşmələr parçalanır, yeni cücərtilərdə isə üzvi maddələr sintez olunur.
Köhnə toxumun endospermi tədricən bürüşür,
embrional hissəsi isə sürətlə böyüyərək kökcük, gövdəcik və
yarpaqlar əmələ gətirir. Əvvəlcə rüşeym kökcüyü böyüyür
sonra isə gövdəcik əmələ gəlir. Cılpaq – dənlilərdə kökcük
və gövdəcik toxumun rüşeym yerləşən yerindən əmələ gəlir.
Pərdəli dənlilərdə isə gövdəcik çiçək pulcuğunun altı ilə
uzanıb toxumun nəhayətindən xaricə çıxır. Gövdə
koleoptel
(coleoptile) adlanan şəffaf pərdənin içərisində olur.
Koleoptel formasını və əsas rolunu itirmiş yarpaqdır,
vəzifəsi isə cücərti torpaq səthinə çıxana qədər onu mexaniki
zədələnmədən qorumaqdır. Gövdəcik (cücərti) torpağın
səthinə çıxan kimi günəş işığının təsirindən koleoptel
inkişafını dayandırır və böyüyən yarpağın təzyiqindən
Dostları ilə paylaş: