partlayır, birinci ilk yarpaq xaricə çıxır. Birinci yaşıl
yarpağın çıxması dənli taxıl bitkilərində cücərmə (çıxış)
fazası kimi qeyd edilir. İlk cücərtilərin rəngi müxtəlif olur.
Buğdada yaşıl, arpada tüstüvarı - göy, çovdarda bənövşəyi -
şabalıdı, vələmirdə, darıda, sorqoda, çəltikdə və qarğıdalıda
boz - yaşıl rəngdə olur.
Cücərtilər rəngləri ilə yanaşı yarpağının qulaqcıq və
dilçələrinə görə də fərqləndirilir. Lakin, cücərtinin rəngi
tezliklə temperatur və işıqlanma intensivliyindən asılı olaraq
dəyişir.
Cücərtilərin
alınma
vaxtı
toxumun
cücərmə
enerjisindən, torpağın mexaniki tərkibindən, nəmliyindən,
temperaturundan,
sıxlığından, toxumların
basdırılma
dərinliyindən asılıdır. İsti və rütubətli hava şəraitində
cücərtilər daha tez alınır.
Yüksək və davamlı məhsul yetişdirmək üçün vaxtlı-vaxtında bərabər və tam qiymətli optimal
sıxlıqda çıxışların alınması çox vacibdir. Buna düzgün səpin norması, yüksək keyfiyyətli
toxumlardan istifadə edilməsi, yetişmə şəraiti və aqrotexnikanı yaxşılaşdırmaqla nail olmaq
mümkündür. Bitki sıxlığı toxumun tarla cücərməsindən asılıdır. Dənli taxıl bitkilərinin becərilmə
texnologiyasına düzgün riayət edildikdə tarla cücərməsi əhəmiyyətli dərəcədə yüksəlir və 70-85%-ə
çatır. Müəyyən edilmişdir ki, tarla cücərməsinin 1% aşağı enməsi dənli taxıl bitkilərinin
məhsuldarlığını 1,5-2,0% azaldır.
Cücərti fazasının aqronomik əhəmiyyəti ondan ibarətdir ki, səpinlər seyrək olduqda bu fazada
yenidən səpin keçirmək mümkündür. Yenidən keçirilən səpinin daha gec aparılması məhsuldarlığı
azaldır. Cücərtilərin sıxlığının normal olması bitkinin yaxşı məhsul verməsinin bünövrəsi hesab
olunur.
Cücərtilər alınandan 10-14 gün sonra bitkidə bir neçə yarpaq (3-4) əmələ gəlir. Eyni zamanda
onların boy atması ilə yanaşı kök sistemi də inkişaf edir. 3-4 yarpaq əmələ gələn zaman rüşeym
kökləri şaxələnərək torpağın 30-35 sm dərinliyinə işləyir, müvəqqəti olaraq gövdə və yarpaqların
boyu dayanır, bitkinin yeni inkişaf fazası - kollanma başlayır.
Şəkil 3. Buğdanın kollanması:
1 – kollanma buğumu; 2 – koleoptil;
3 – torpaqaltı buğumaraları (epikotil);
4 – ilk kökcük (rüşeym kökcüyü).