101
pisləşdirir. Payızlıq taxıllar yazlıqlardan çox yatırlar. Bitkilər gövdədən və kökdən yatırlar.
Torpağın çox nəm və eləcədə münbit olması yatmanı artırır.
Səpin norması artıq götürüldükdə, tez səpin aparıldıqda, çox suvarma və azotla qidalanma
artıq olduqda bitkilər gövdədən yatırılır.
Suvarmanı düzgün aparmadıqda bitkilərin kökü torpaqla əlaqəni zəiflədir və güclü küləklər
zamanı kökdən yatırlar.
K. A. Timiryazev yatmanın səbəbini bitkilərin aşağı buğumaralarına günəş işığı
düşməməsində görür. Erkən yatmada yarpaq buğumlarının böyüməsi hesabına yatmış gövdələr
qalxır. Sonrakı yatmada isə gövdə düzəlir. Bitkilərin fosfor və kaliumla normal qidalandırılması
onları yatmağa qarşı davamlı edir. Adi cərgəli səpinə nisbətən çarpaz, dar və gencərgəli səpinlərdə
yatma nisbətən azalır. Kollanma buğumunu dərinə salmaqla da yatma dərəcəsini azaltmaq
mümkündür.
Yatmaya qarşı mübarizə məqsədilə səpin müddəti, norması, üsulu, toxumun basdırılma
dərinliyi düzgün müəyyən edilməli, payızda fosfor və kalium gübrələri ilə yemləndirilməli, yazda
malalanmalıdır. Alçaq boylu sortların becərilməsi və erkən yazda əkinlərin TUR preparatı ilə
(hektara 3-4 kq.) işlənməsi də müsbət nəticələr verir. Bəzi bitkilər kök hissəsindən də yatırlar.
Adətən tarlaları su basdıqda və eləcə də küləklərin təsirindən kökdən yatma baş verir. Yatma
zamanı assimilyasiya və plastik maddələrin sünbülə axması pozulur. Nəticədə dənlər tam
dolmayaraq cılız olurlar. Yatmış bitkilərin məhsulu çətin yığılır və məhsuldarlıq aşağı olur. Eyni
zamanda məhsulun keyfiyyəti də pisləşir.
Dostları ilə paylaş: