Bitkilərin küləklə sovrulması . Azərbaycanda payızlıq taxılları külək sovurur. Buna
adətən çox şumlanmış, tozlaşmış, açıq meşəsiz yerlərdə, xüsusilə Böyük Qafqazın yamaclarında
çox rast gəlinir. Güclü küləklər 2-10 sm dərinlikdə torpağı sovurur, taxılın kollanma buğumunun
ətrafı açılır, quruyur, qum dənələri yarpağı deşik-deşik edir. Belə hala 1959-cu ildə Şəki, Qəbələ,
Oğuz və İsmayıllı rayonlarında rast gəlinmiş və xeyli miqdarda əkin sahəsi məhv olmuşdur.
Küləyin təsirini azaltmaq cücün meşə zolaqlarının salınmasının və torpağın hamar vərdənə ilə
sıxlaşdırılmasının böyük əhəmiyyəti vardır.
5.
Bitkilərin torpaqdan çıxması . Torpağın donması və donun açılması nəticəsində
bitkinin kökü torpaqdan çıxa bilər. Bir də ki, şum gec aparıldıqda və şumla səpin arasındakı
müddətə əməl olunmadıqda bu hadisə baş verə bilər.
Torpaq təzə şumlandıqda və donduqda həcmi artır. Donmuş torpaq bitkini yuxarı qaldırır.
Don açıldıqda və torpaq yatdıqda torpağın həcmi kiçilir, kök çöldə qalır. Bu hala dağ rayonlarında
rast gəlinir.
Yamaclarda su və külək eroziyası nəticəsində bitkilərin kollanma düyünü və kökləri
torpaqdan çıxarılır. Bunun qarşısını almaq üçün terraslar düzəltmək və süni yağış yağdırma üsulu
ilə suvarma aparmaq lazımdır.
Torpaqdan bitkinin çıxmasının qarşısını almaq üçün şum ilə səpin arasında tələb olunan bir
ay müddəti gözləmək və ya belə halda torpağı vərdənə ilə kipləşdirmək lazımdır. Bitkilərin
torpaqdan çıxması halına respublikanın Göy-göl (keçmiş Xanlar) və Goranboy rayonlarında 1965-ci
ildə rast gəlinmişdir.
6.
Buz qabığı və onun bitkiyə təsiri . Respublikamızın dağlıq və dağətəyi rayonlarda
relyef düz olmadıqda, qar örtüyü əridikdə və yenidən donduqda buz əmələ gəlir. İki növ buz qabığı
vardır: sallaq və sıx buz qabığı. Sallaq və asma buz qabığı bitkini üstdən əhatə edir və bitkinin
atmosfer ilə əlaqəsi kəsilir. Bu o qədər də qorxulu deyildir. Sıx buz qabığında buz torpaqda əmələ
gəlir. Kök buğumunu əhatə edir, kökü sıxır, bitki hüceyrəsində olan su donur, bitki susuzlaşır və
tələf olur. Bunu 1913-cü ildə N. A. Maksimov müəyyən etmişdir.
106
Buz özü bitkini mexaniki olaraq sıxır və məhv edir. Bu mənfi təsiri aradan qaldırmaq üçün
sahədə qarı saxlamaq, sahəyə kül, superfosfat səpmək məsləhət görülür.
7.