107
kleykovinanın
keyfiyyəti isə
I
qrupdan aşağı olmur. 100 qram unun çörəkçıxma həcmi 550 sm
3
olmalıdır. Qüvvəli buğda sortları ununun çörəkbişmə qüvvəsi 28 erq-dən aşağı olmur.
Qüvvəli buğdaların yaxşılaşdırıcı qabiliyyətinə görə onu zəif buğdalara qatdıqda çörəkbişirmə
keyfiyyətini əhəmiyyətli dərəcədə yüksəldir.
Gücü orta (
filler
) olan buğdalar yaxşı çörəkbişirmə
keyfiyyətinə malikdirlər,
qüvvəli buğda
unu əlavə etmədən kifayət dərəcədə keyfiyyətli çörək almaq mümkündür. Bu buğdaların tərkibində
zülal 11-13,9%, kleykovina 25-27%, kleykovinanın keyfiyyəti isə
II
qrup, unun çörəkbişirmə gücü
20-28 erq olur.
Zəif (
weak
) buğdaların çörəkbişirmə keyfiyyəti cüzidir. Çörəyi zəif həcmli olur. Zəif buğda
dənlərində zülalın miqdarının daha az 11% olması
ilə fərqlənirlər, xam kleykovina 25%-dən az,
keyfiyyəti
III
qrup, çörək çıxıma həcmi 400 m
3
-dən az, unun çörəkbişirmə gücü 20-28 erq olur.
Zəif buğdanın dənindən yaxud unundan standart çörək almaq üçün ona qüvvəli buğdanın dəni
yaxud unu əlavə edilir.
Zülalın miqdarına torpaq-iqlim şəraiti güclü təsir göstərir. Buğdanın və digər dənli taxıl
bitkilərin əkinləri şimaldan cənuba və qərbdən şərqə doğru getdikcə zülalın miqdarı artır. Dənin
keyfiyyətinə havanın quraqlığı, günəş insolyasiyası (vahid zamanda
bir kvadrat santimetr yer
səthinə günəşdən düşən işıq enerjisinin miqdarı, yəni işıq saçması), torpağın tərkibində azotun və
aqrotexnikanın yüksək səviyyədə olması təsir edir.
Ərzaq kimi istifadədən başqa payızlıq buğda spirt və nişasta sənayesində
də geniş istifadə
edilir, eyni zamanda onun sənaye tullantısı, yəni buğda kəpəyi bütün növ kənd təsərrüfatı
heyvanları üçün konsentratlı yemdir. Bundan əlavə heyvandarlıqda döşənək
və yem kimi istifadə
edilən küləşi və püfəsi yüksək yemlik dəyərinə malikdir. Küləş xırdalanmış və buxara (par - buğ)
verilmiş yaxud kimyəvi maddələrlə işlənmiş halda iri buynuzlu mal-qara və xırda davarlar
tərəfindən iştahla yeyilir. Küləşin 100 kq tərkibində 0,5-1,0
kq həzmə gedən protein, 20-22 yem
vahidi var. Bəzi ölkələrdə payızlıq buğdanı yaşıl yem qismində istifadə edirlər.
Dostları ilə paylaş: