Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə97/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   93   94   95   96   97   98   99   100   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Bitkinin tarixi.
Buğda ən qədim dənli taxıl bitkisidir. Arxeoloji qazıntılarla müəyyən 
olunmuşdur ki, buğda bitkisi bizim eradan 6500 il bundan əvvəl İran ərazisində, 6000 il əvvəl 
Misirdə 3000 il əvvəl Çində, Afrika və Avropa ölkələrində mədəni şəkildə becərilirmiş. 
Azərbaycanda buğda bitkisi yeni eradan 3000-4000 il əvvəl daş dövründə becərilməyə 
başlanmışdır. Buğda bitkisi Latın Amerikası ölkələrində 1526-cı ildən, ABŞ-da 1602-ci ildən, 
Avstraliyada 1788-ci ildən, Kanadada 1812-ci ildən becərilməyə başlanmışdır.
Yayılması və məhsuldarlığı.
Dünya miqyasında 710-760 milyon hektar dənli taxıl bitkiləri 
becərilir ki, onun da 220-240 milyon hektarı buğdanın payına düşür: Bunun ABŞ-da 22 milyon, 
Rusiyada 22 milyon, Hindistanda 14 milyon, Kanadada 11 milyon, Türkiyədə 8 milyon hektara 
yaxın əkin sahəsi olmuşdur. Becərmə texnologiyasına düzgün riayət olunduqda buğda bitkisindən 
yüksək məhsul götürmək mümkündür. Azərbaycanda buğda bitkisinin əkin sahəsi 603975 hektar, 
ümumi məhsul istehsalı 1677756 ton, orta məhsuldarlıq isə hektardan 27,8 sentner (2008-ci il) 
olmuşdur.
Növləri.
Buğda 
Gramineae
ailəsinin və ya 
Poaceae 
fəsiləsinin 
Triticum 
cinsinə aiddir. 
Buğdanın ən çox təsərrüfat əhəmiyyətinə malik olan növləri bərk və yumşaq buğdadır. 
Ümumiyyətlə buğdanın 22 növü məlumdur.
Yumşaq buğda 
(Triticum aestivum)
növünün yazlıq və payızlıq formaları vardır. Daha çox 
yayılmış növmüxtəlifliyi 
lutescens

erythrospermum
və az dərəcədə yayılanı 
ferrugineum
və 
milturumdur
. Sünbülləri seyrək qılçıqlı və qılçıqsız, sünbülünün üz tərəfi yan tərəfindən bir qədər 
enli, qılçıqları dağınıq, küləşinin içərisi boş, sünbülcük pulcuqları enli, lakin qısa olub çiçək 
pulcuqlarını örtməyəndir. Dənləri qısa, nəhayəti kəkilli, endospermi unludur. Gövdəsinin 
hündürlüyü 50-150 sm olur. Bərk buğdaya nisbətən quraqlıq və şaxtaya davamlıdır.
Bərk buğdanın 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin