Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Azərbaycanda rayonlaşdırılmış sortları -



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə99/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   95   96   97   98   99   100   101   102   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Azərbaycanda rayonlaşdırılmış sortları - 
yumşaq buğda sortları: 
Bezostaya – 1, Birlik, 
Pərzivan – 1, Mirbəşir – 128, Tərəqqi, Azəri, Əkinçi – 84, Qiymətli 2/17, Əzəmətli – 95, Nurlu – 
99, Qobustan, Şəki – 1, Ruzi – 84, Uğur, Pamyat, Moskviç, Tanya, Nota, Batko, Krasnodar – 99, 
Faktor, Kroşka, Tale – 38. Aran.
Bərk
buğda sortları: 
Mirbəşir – 50, Qaraqılçıq – 2, Tərtər, Vüqar, Şir-Aslan – 23, Turan, 
Bərəkətli – 95, Əlincə - 84, Qarabağ. 
Növbəli əkində yeri
. Payızlıq buğda
 
sələflərə qarşı tələbkar bitkidir. Sələflərə əsas tələbat 
ondan ibarətdir ki, torpağın becərilməsi və səpin üçün herik tarlası bitkidən vaxtlı-vaxtında azad 
edilsin, tarlanı alaq otlarından təmizləmək mümkün olsun, nəmliyi toplamaq və qoruyub saxlamağa 
nail olmaqla və bunun əsasında çıxışların eyni bərabərdə alınmasını təmin etməklə, bitkilərin 
payızda yaxşı inkişaf etməsi, qışlamanın yaxşı keçməsinə və yüksək məhsul alınmasına imkan 
yaradacaq. 
Quraq dəmyə rayonlarda payızlıq buğda üçün ən yaxşı sələf qara herik tarlasıdır. Suvarılan və 
nəmliklə təmin olunmuş torpaqlarda payızlıq buğda üçün faraş kartof, birillik dənli-paxlalı bitkilər, 
yaşıl yem üçün əkilmiş qarğıdalı, yonca, raps, xaşa və s. yaxşı sələfdirlər. Sələflərə olan əsas tələbat 
ondan ibarətdir ki, payızlıqların səpininə ən azı 30-45 gün qalmış sahə azad olsun və gübrələnib 
şumlana bilsin.
Torpağın becərilməsi. 
- Payızlıq buğda bitkisindən yüksək məhsul əldə etmək üçün hər bir 
sortun bioloji xüsusiyyətinə və becərildiyi bölgənin torpaq-iqlim şəraitinə uyğun aqrotexnika tətbiq 
edilməlidir.


111 
Torpağın becərilməsi zonal xarakterdə olub, torpağı eroziyadan qorumalı, nəmliyin 
toplanmasına və qorunub saxlanmasına yönəldilməlidir. Torpağın keyfiyyətli üsulla becərilməsi 
əkin qatının nəmliyinə, alaqlarla zibillənməsinə təsir edir ki, bu da çıxışların yaxşı alınmasına və 
məhsuldarlığın yüksəlməsinə öz təsirini göstərir.
Bitkili herikdə, yazlıq və payızlıq birillik paxlalı bitkiləri, qarğıdalını, kartofu, çuğunduru, 
tütünü, pambığı və s. becərmək olar. Belə herikdə becərilən hər bir bitkiyə yüksək aqrotexniki 
qulluq edilməli, onların məhsulu tez yığılmalı və sahə təxminən payızlıq buğda səpininə 35-40 gün 
qalana qədər şum edilib səpinə hazırlanmalıdır.
Bir çox təsərrüfatlarda payızlıq buğda və ya arpa yerinə yenidən buğda səpilir. Belə olduqda 
sahənin səpin üçün hazırlanmasına daha çox diqqət yetirmək lazımdır. Əgər sələf bitkisi yığıldığı 
dövrdə torpaqda nəmlik kifayət qədərdirsə və sahə alaq otlarından təmizdirsə, məhsulu yığarkən 
kombaynın arxasınca sahədə 28-30 sm dərinlikdə şum aparmaq, dərhal malalamaq və hamarlamaq 
lazımdır. Bundan sonra səpinə qədər sahədə əmələ gələn alaq otlarını məhv etmək üçün kultivasiya 
çəkmək və malalama aparmaq zəruridir. Şumdan əvvəl hektara 10-15 ton yarımçürümüş peyin və 
1,5-2 sentner superfosfat verilməlidir. Əgər sahədə çoxlu alaq otlarının cücərtiləri varsa və torpaq 
qurudursa, sələf bitkisi olan buğda yaxud arpa yığılan kimi kövşən yeri LDQ-10 və LDQ-15 
markalı diskli, yaxud laydırlı üzləyicilərlə dərhal kombaynın arxasınca 5-7 sm dərinliyində üzləmə 
aparılması məsləhət görülür. Tarlada köküpöhrəli və kökümsovgövdəli alaqlarla zibillənmə çox 
olduqda üzləmənin 10-12 sm dərinliyində PPL-5-25, PPL-10-25 markalı gavahınlı üzləyicilərlə 
aparılması zəruridir. Alaq otlarının cücərməsinə yaxşı şərait yaratmaq və keyfiyyətli şum 
aparılmasını təmin etmək üçün üzləmədən sonra hektara 500-600 m
3
hesabı ilə suvarma (aldadıcı 
suvarma) aparılmasının böyük əhəmiyyəti vardır. Üzləmədən 3-4 həftə sonra, alaq otları cücərdikdə 
PLN-6-35, PTK-9-35 markalı ön kotancıqlı kotanla 25-30 sm dərinlikdə şum aparılır.
Yazda herik tarlasında nəmlik itkisinin qarşısını almaq üçün BZTS-1,0 markalı aqreqatla 
malalama aparılır, sonra bütün yay ərzində alaq otları əmələ gəldikcə 3-5 dəfəyə qədər KŞP-8, 
KPS-4 markalı aqreqatlarla kultivasiya aparılır. Birinci kultivasiya 10-12 sm dərinliyində, hər bir 
növbətilər isə biri-birindən dayaz, axırıncı səpin qabağı kultivasiya 5-6 sm dərinliyində aparılır. Bu 
cür becərilmə torpaqda nəmliyin saxlanması və tarlanın alaq otlarından təmiz qalmasını təmin edir. 
Səpinqabağı becərilmənin daha keyfiyyətli aparılması üçün RVK-3,6, RVK-5,4, VİP-5,6 kombinə 
edilmiş aqreqatlardan istifadə edilir. Aqreqatın bir gedişində torpaq yumşaldılır, kəltənlər xırdalanır, 
torpaq tapanlanır və mikrorelyefi hamarlanır. Bütün yay ərzində herik altından çıxmış tarla alaq 
otlarından təmiz və yumşaq vəziyyətdə olmalıdır.
Yaz və payız quraq keçən illərdə tarla alaq otlarından təmiz olduqda əsas becərmə üzləyici 
mala və ya laydırsız mala ilə aparılır.
Respublikamızın suvarılan ağır qranulometrik tərkibli torpaqlarında şumun dərinliyi 28-30 
sm, qərb bölgələrində 25-28 sm, Abşeronda 23-25 sm, dəmyə rayonlarda nisbətən dayaz 20-22 sm 
dərinlikdə laydırsız kotanlarla aparıla bilər.
Respublikamızda yonca və xaşa altından çıxmış sahələri payızlıq buğda səpini üçün istifadə 
etmək mümkündür. Bunun üçün otun sahədən yığımı ilə taxıl səpini arasındakı müddətin bir aydan 
az olmaması nəzərdə saxlanmalıdır. Sələf bitkilərinin yeni pöhrə verməməsi üçün kotanın ön 
kotancığının qabağında gəvahinin və bütün kotanın engötürümü qədər 5-6 sm dərinlikdə kök 
boğazını kəsmək üçün bıçaq (ülgüc) qondarmq lazımdır. Bundan başqa yoncalıqlar şumdan əvvəl 
ağır diskli mala ilə disklənərsə çoxillik otların kökboğazının qurumasına şərait yaradılar. İmkan 
olarsa, çimliyə herbisidlərdən biri çilənməlidir. Diskləmədən sonra ön kotancıqlı kotanla 28-30 sm 
dərinlikdə şum qaldırılmalıdır. Buğdanın səpininə qədər şum disklənməli, malalanmalı və 
ütülənməlidir.
Ağır qranulometrik tərkibli torpaqlarda şum altına illik peyin normasının hamısını, fosforun 
isə 80-90%-ni vermək məsləhətdir. Şumdan səpinə qədər sahəyə bir neçə dəfə kultivasiya çəkilərək 
alaq otları məhv edilir. Əgər sahə alaqsızdırsa nəmlik itkisinin qarşısını almaq üçün şumun 
köndələn istiqamətində sahə 1-2 iz 6-8 sm dərinliyində malalanır. Səpinqabağı becərmədə isə 
yenidən 6-7 sm dərinliyində kultivasiya çəkilərək malalama aparılır.


112 
Bir dəfə biçilmiş çoxillik otlar, dənli-paxlalı bitkilər, birilliklərlə məşğullu, başdan-başa 
becərilən bitkilər altından çıxmış herik tarlasının becərilməsinə kövşənliyin üzlənməsindən (vaxt 
imkan verərsə), ön kotancıqlı kotanla dərin şumun qaldırılması və malalamadan başlanılır. Bundan 
sonra payızlıq buğdanın səpininə qədər tarla herik formasında becərilir, yəni alaq otları əmələ 
gəldikcə malalama ilə birlikdə kultivasiya çəkilir. Şumdan əvvəl, xüsusən çoxillik otların 
yığımından sonra, nəmliyin yaxşı saxlanmasına və torpağın hissələrə ayrılmasına köməklik məqsədi 
ilə torpağı hökmən diskli malalarla iki istiqamətdə malalamaq zəruridir. Herik tarlasındakı başdan-
başa becərilən bitkilərin yığımından sonra, əgər sahə alaq otlarından təmizdirsə, 10-12 sm 
dərinliyində malalama ilə birlikdə kultivasiya aparılması kifayətdir, lakin sonrakı becərmə herik 
formasında olduğu kimi aparılır. Torpağın daha yaxşı yatması üçün malalama ilə tapanlama gözəl 
nəticə verir, kifayət qədər nəmliyi olan torpaqlarda APK-2,5, APK-5,0 markalı kombinə edilmiş
(halqa şəkilli tapan və mala, kotan, traktor,) şumlayıcı aqreqatlardan istifadə edilməsi səmərəlidir. 
Sələflərin yığımından sonra adətən payızlıqların səpininə qədər az müddət (vaxt) qalır, ona 
görə də payızlıqlar üçün torpağın becərilməsi sistemini düşünərək seçmək lazımdır. Əgər sələf 
bitkisinin yığımından sonra səpinə qədər bir aydan daha çox vaxt qalarsa, onda tarla dərhal üzlənir 
və tezliklə malalama ilə birlikdə şumlanır, yaxud üzləmə aparılmadan şumlanır. Əgər sələf 
bitkisinin yığımından sonra bir aydan az vaxt qalırsa, onda quru hava və alaqlardan təmiz tarlalarda 
torpağın səthi becərilməsi - 10-12 sm dərinliyində üzləmə və malalama tətbiq edilir. 
Tarla alaqlı, torpaq quru olduqda kövşənlik diskli mala ilə 5-6 sm dərinlikdə üzlənir. Sonra 
500-600 m
3
/ha normasında tarla suvarılır. Taxılın və alaq otlarının toxumları cücərdildikdən sonra 
yenidən üzləmə aparılır və şum qaldırılır. Səpinə qədər lazım gələrsə tarlaya kultivasiya və mala 
çəkilir. Tarla arat edilir, səpinqabağı becərmədən sonra dərhal səpin keçirilir. Arat edilməyən 
sahələrdə səpindən sonra şırımla suvarma aparılır.

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin