Qadin menecerliYİ stereotiPLƏRDƏ Ağıllı bir qadın xəzinədir. Gözəl və ağıllı bir qadın isə gücdür. George Meredith


«İDARƏETMƏDƏ QADIN ÜSLUBU» NƏ DEMƏKDİR?



Yüklə 18,59 Kb.
səhifə2/4
tarix04.01.2022
ölçüsü18,59 Kb.
#113672
1   2   3   4
QADIN MENECERLIYI STEREOTIPLRD (2)

«İDARƏETMƏDƏ QADIN ÜSLUBU» NƏ DEMƏKDİR?

BU TƏRİFDİR, YOXSA TƏNQİD?

Belə hesab edirlər ki, qadın menecerlər əsas məsələyə az diqqət yetirir, xırda şeylərə çox vaxt sərf edirlər. Məzmuna, az, formaya çox fikir verən qadın rəhbərlər cari problemlərlə əlləşir, vurğunu perspektivə salmırlar. Kişi rəhbərlərdə isə tam əksinədir. İndi cəmiyyət qarşısında duran əsas məsələ qadın rəhbərə münasibətdə şüurlarda kök salmış bu yanlış steorotipi dağıtmaqdır. İnkişaf etməkdə olan ölkələrin heç birində qadının ictimai fəaliyyətə cəlb edilməsi, siyasi fəallığının artırılması üçün reklamdan və ya piardan istifadə olunmur. Belə ölkələrin hətta televiziya proqramlarında belə ayrı-seçkilik var. Qadınlar üçün nəzərdə tutulmuş verilişlər yüngüllüyü, əyləncə xarakterilə seçilsə də, kişilərə hesablanmış proqramlar dərin analitik təfəkkürə hesablanır.

Belə bir fikir var ki, qadın rəhbərlər şirkətin gələcəyi, strategiyası məsələlərində öz tabeçiliklərində olan kişilərin təsiri altına düşürlər. Bu fikrin tərəfdarları belə hesab edirlər ki, strateji məsələlər intuisiya yox, rasional yanaşma tələb edir. Ancaq təcrübə göstərir ki, hər şeyi hesablamaq və rasional riyazi yanaşma çərçivəsində həll etmək mümkün deyil. Məhz intuisiya biznes mühitində yaradıcı xətin formalaşmasına zəmin yarada bilər. Uğurlu strategiya hər şeydən əvvəl uzaqgörənliklə bağlıdır. Uzaqgörənlikdən danışanda isə ilk yada düşən qadınlar olur. Qadınlar kişilərə nisbətən təbiətcə müdrik, şəraitə tez uyğunlaşandırlar. Bu da hansısa stil və ya stilin illüziyasını yaradır. Təbii ki, bu məsələdə də ümumiləşdirmə aparmaq olmaz, ancaq orta göstərici qadınların xarakterinin belə olduğunu söyləməyə imkan verir. Həyat kompromislərin və orta yanaşmanın hesabına öz axarı ilə davam edir. Başlıcası, bunu görmək və qiymətləndirməkdir. Əgər sən bunu görürsən və hiss edirsənsə, demək menecmentin müdrikliyinin də nə olduğunu artıq bilirsən.

Belə bir hakim fikir var ki, qadın rəhbərlər şirkətin gələcəyini, onun strategiyasını düzgün və hərtərəfli formalaşdırmaq üçün aşağıda sadaladığımız xüsusiyyətlərə malik olmalıdır:



  • Öz səhv qərarından imtina etməyi bacar

  • Kənar şəxslərin yanında irad tutma

  • Qışqırma, qışqıran pis eşidilir

  • " Yox " deməyi bacar

  • Danışana diqqətlə və axıra kimi qulaq as

  • Pis işi pislə, insanı yox

  • Vəzifə insanın səviyyəsini qaldırmır, səviyyəli insan vəzifəni qaldırır

  • Özünə qarşı tənqidçi ol, tabeliyində olan istedadlılardan qorxma

  • Yalnız işdə rəis ol


Yüklə 18,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin